Finlandiya təyyarələri "sərhədi pozan" Rusiyanın döyüş təyyarələrini izləyir

Su-27 Fotonun müəllifi Reuters
Image caption Finlandiya Hava Qüvvələri Rusiyaya məxsus Su-27 təyyarəsinin şəklini paylaşıb

Finlandiyanın Müdafiə Nazirliyi bildirir ki, hava sərhədini pozmaqda şübhəli bildiyi Rusiya döyüş təyyarələrini izləmək üçün 24 saat ərzində iki dəfə təyyarələrini havaya qaldırıb.

Rusiyanın Su-27 döyüş təyyarələri cümə axşamı Porvu şəhərinin cənubunda, Finlandiya körfəzində aşkar edilib, nazirlik deyir.

Digər Rusiya Su-27 təyyarəsi isə daha əvvəl şübhəli uçuş edərkən nəzərə çarpıb. "Baltik Dənizi üzərindəki Rusiya hərbi aviasiyası intensiv olub", məlumatda deyilir.

Finlandiya NATO-da olmasa da, 28 üzv dövlətlə yaxından əməkdaşlıq edir.

Porvu paytaxt Helsinkidən şərqdə, Rusiya ilə sərhəddən cəmi 140 km məsafədə yerləşir.

NATO dəfələrlə Rusiya hərbi təyyarələrinin Baltikyanı bölgədə hərəkətindən şikayətlənib. Lakin bununla ilk dəfədir ki, Finlandiya hava məkanının pozulduğunu bildirir.

Rusiya NATO qüvvələrinin keçmiş Sovet İttifaqına daxil olmuş üç Baltikyanı ölkədə - Estoniya, Latviya və Litvada yerləşdirilməsindən narahatdır.

Soyuq Müharibə dövründə Finlandiya bitərəf qalaraq Sovet İttifaqı ilə güclü ticarət əlaqələri qurub.

Əlaqəli mövzular