İsrail: Fələstinli iki israillini öldürüb

İsrail polisi Fotonun müəllifi AFP
Image caption İsrail polisi hadisə yerinə girişi bağlayıb

Qüdsün şərqində fələstinli öz avtomobilindən atəş açaraq, biri polis olmaqla, iki nəfəri qətlə yetirib. Altı nəfər xəsarət alıb.

Polisin bildirdiyinə görə, fələstinli avtomobilini tramvay stansiyası yaxınlığında saxlayaraq atəş açmağa başlayıb və daha sonra polisdən qaçmağa çalışıb.

Bundan sonra həyata keçirilən əməliyyat və atışma nəticəsində basqınçı öldürülüb.

Həmas qruplaşması hücuma görə məsuliyyəti üzərinə götürüb.

Keçən ilin oktyabr ayından bəri İsraildə fələstinlilərin həyata keçirdiyi silahlı hücumlar nəticəsində 35 nəfər qətlə yetirilib.

200 fələstinli, əkəsəriyyəti hücumu həyata keçirmiş şəxslər, öldürülüb.

Əlaqəli mövzular