Putin "Suriya məsələsinə görə Fransaya səfərini təxirə salır"

Vladimir Putin Fotonun müəllifi AFP
Image caption Cənab Putin bu ilin sonlarında Parisə səfər etməli idi

Rusiya prezidenti Vladimir Putin Suriya ilə bağlı yaranmış qalmaqala görə gələn həftə üçün Fransaya planlaşdırdığı səfərini təxirə salıb, Fransa rəhbərliyinə yaxın mənbələrdən bildirilir.

Cənab Putin oktyabrın 19-da danışıqlarda və yeni Pravoslav kilsəsinin açılışında iştirak etmək üçün Parisə səfər etməyi planlaşdırırdı.

Bazar ertəsi Fransa prezidenti Francois Hollande bildirib ki, Rusiya, Suriyanın ikinci şəhəri, Hələbdə həyata keçirdiyi bombardmana görə müharibə cinayətlərində ittiham oluna bilər.

Rusiyadan səfərin təxirə salınması ilə bağlı heç bir məlumat verilməyib.

Fransa rəhbərliyindən verilən məlumata görə, prezident Hollande bu ay planlaşdırılan səfər zamanı cənab Putinlə yalnız bir görüşdə - Suriya məsələsi ilə bağlı iş görüşündə iştirak edəcəkdi, mənbədə qeyd olunur.

Bundan əvvəl cənab Hollande Fransa televiziyasına bildirib ki, Suriya ilə bağlı cinayət işi Beynəlxalq Cinayət Məhkəməsində (İCC) açıla bilər.

"Bu gün müharibə cinayətlərinin qurbanı olan insanlar var. Bu işləri həyata keçirənlər cavab verməlidirlər", o deyib.

Nə Rusiya, nə də Suriya İCC-nin üzvüdür.

Moskva dəfələrlə bildirib ki, dinc sakinlərə deyil, yalnız Suriyadakı "terrorçu qruplara" hücum edir.

Bu barədə daha geniş