Obama: ABŞ-da kişi tualetlərində də uşaq altını dəyişmə təchizatı olacaq

Barack Obama Fotonun müəllifi AFP/Getty Images

ABŞ-da ictimai binalardakı kişi tualetlərində uşaq altının dəyişdirilməsi təchizatı quraşdırılmalıdır, prezident Barack Obamanın imzaladığı yeni qanunda deyilir.

Həm qadın, həm də kişi tualetlərində uşaqların altını dəyişmək üçün "təhlükəsiz, sanitar və münasib" yer olmalıdır.

Bu məsələ ilk dəfə olaraq aprel ayında konqresmən David N Cicilline tərəfindən irəli sürülüb.

"Federal binalar vergi ödəyiciləri tərəfindən maliyyələşdirilir", o deyib.

"Əmin olmaq lazımdır ki, onlar açıq və mümkün qədər ailəcanlıdırlar".

Qanun ABŞ-da ictimai yerləri "işləyən ana və atalar üçün daha münasib" edir.

ABŞ-da indiyədək uşaq altının dəyişdirilməsi yerləri ilə bağlı heç bir xüsusi qanun olmayıb, Britaniya Tualet Assosiasiyasının direktoru Raymond Martin deyir.

Əlaqəli mövzular

Bu barədə daha geniş