Suriya münaqişəsi: Hələbdə ağır hava hücumu davam edir

Hələb şəhərinin şərq hissəsinin növbəti aylarda tamamilə məhv olması təhlükəsi var Fotonun müəllifi Reuters
Image caption Hələb şəhərinin şərq hissəsinin növbəti aylarda tamamilə məhv olması təhlükəsi var

Rusiya təyyarələri Hələb şəhərinin üsyançıların nəzarətində olan ərazisinə ağır hücumları davam etdirir və fəalların dediyinə görə bu, son günlərin ən ağır bombalanmasıdır.

Məlumatlara görə, uşaqlar da daxil olmaqla 25 nəfər ölüb.

Ərazidən mülki insanların çıxmasına şərait yaradılması üçün Suriya hökumətinin çağırışı ilə bombalanmaya müvəqqəti ara verilir.

ABŞ və Rusiya arasında atəşkəslə bağlı əldə olunan razılığın ötən ay pozulmasından sonra hücumlar daha intensivləşib.

Hava hücumları, Rusiya prezidenti Putin Fransaya səfərini ləğv etməsinin ardınca başlayıb.

O, bu ayın sonuna yaxın Fransa prezidenti Francois Hollande ilə görüşməli idi, lakin rəsmi Paris danışıqların Suriya ilə məhdudlaşa biləcəyini deyəndən sonra o görüşü ləğv edib, Fransa prezidentliyindən olan mənbə bildirib.

Fotonun müəllifi AFP
Image caption Hava hücumundna sonra gənc suriyalılar ağlayır

Böyük Britaniyadan olan Suriya müşahidəçiləri deyib ki, Rusiya döyüş təyyarələri əraziyə "bunker bomba" adlandırılan və digər bombalar atıblar.

Fəalların yaydığı videolarda dəsmala bükülən ölmüş körpə uşaqlar və yanında dayanan halsız valideynləri görüntülənib.

Medecins Sans Frontieres adlanan yardım təşkilatı çərşənbə axşamı deyib ki, onların təcili yardım maşınlarından beşi bombalandığından, digər 8-nin isə əsas hissələri yoxa çıxdığından yalnız 11 maşını işləyir.

Suriya dövlət media qurumu bəyan edib ki, Hələb şəhərində üsyançıların hökumətə məxsus ərazilərə hücumu nəticəsində 4 nəfər ölüb, 14 nəfər yaralanıb.

Atəşkəsi yenidən canlandırmaq üçün diplomatik səylər bu günə qədər nəticə veməyib.

BMT xəbərdarlıq edib ki, hazırda 275 min insanın yaşadığı Hələb şəhərinin şərqi yaxın iki ay ərzində "tamamilə məhv" ola bilər.

Bu barədə daha geniş