Şotlandiya: Birinci nazir yeni müstəqillik referendumu layihəsini elan edib

Nicola Sturgeon
Image caption Nicola Sturgeon Glasgow-da keçirilmiş partiya konfarnsında açılış nitqi ilə çıxış edib

Şotlandiyanın müstəqilliyinə dair ikinci referendum planları ilə bağlı müzakirələr gələn həftədən başlayacaq, hakim Şotlandiya Milli Partiyasının başçısı Nicola Sturgeon bildirib.

O, Glasgow-da keçirilmiş partiya konfransında deyib ki, Müstəqillik Referendumu Qanun Layihəsi gələn həftə dərc ediləcək.

Bu, ikinci referendumun keçirilməsi yolunda ilk addımdır.

2014-cü ilin 18 sentyabrında keçirilmiş ilk referendumda seçicilərin 55 faizi Şotlandiyanın müstəqilliyinə "yox" demişdi.

Xanım Sturgeon bildirib ki, Şotlandiya daha yaxşı gələcək axtarmaq haqqına malikdir, əgər Britaniyanın təkibində qalmaq qeyri sabit gələcək vəd edirsə.

O deyib: "Mən fikrimdə qətiyəm ki, Şotlandiya müstəqillik məsələsini yenidən, Britaniyanın Aİ-ni tərk etməsindən əvvəl nəzərdən keçirməyə qadirdir - əgər bu, ölkəmizin maraqlarını qorumaq üçün vacibdirsə.

"Ona görə də bildirmək istəyirəm ki, Müstəqillik Referendumu haqqında Qanun Layihəsi müzakirələr üçün gələn həftə dərc ediləcək".

Britaniyanın Avropa İttifaqını tərk etmək qərarını verməsindən bir gün sonra xanım Sturgeon bildirmişdi ki, ikinci müstəqillik referendumu "ehtimalı çox yüksəkdir".

24 iyunda keçirilmiş Brexit referendumunda ümumən Britaniya əhalisinin 52 faizi tərk etmək, 46 faizi isə qalmağa səs vermişdi. Şotlandiyada isə Avropada qalmaq tərəfdarları seçicilərin əksəriyyətini - 62 faizini təşkil edib.

Bu barədə daha geniş