Yəmən: ABŞ qiyamçılara ilk dəfə hücum edib

Qırmızı dənizdə ABŞ hərbi gəmisi Fotonun müəllifi AP
Image caption ABŞ Yəməndə 2015-ci ilin mart ayında münaqişə başladıqdan bəri ilk dəfədir silaha əl atıb

Qırmızı dənizdə hərbi gəmiləri ikinci dəfə raket hücumuna məruz qaldıqdan sonra ABŞ, Yəməndə radiolokator ərazilərinə havadan zərbələr endirib.

Pentaqon bildirib ki, radiolokatorlar huti qiyamçılarının nəzarət etdiyi ərazilərdə yerləşir.

ABŞ Yəməndə 2015-ci ilin mart ayında münaqişə başladıqdan bəri ilk dəfədir ki, silaha əl atıb.

ABŞ bildirib ki, ilkin qiymətləndirmələrə görə raket hücumlarının edildiyi üç radiolokator məhv edilib.

Məlumata görə, prezident Barack Obama hücum etməyə icazə verib.

"Bu məhdud özünü-müdafiə hücumları komandamızı, gəmilərimizi və dənizçilik azadlığımızı qorumaq üçün edilib", Pentaqonun sözçüsü Peter Cook deyib.

Yəmən böhranı: Kim kimlə vuruşur?

"ABŞ gəmilərinə və kommersiya yoluna edilən hər hədəyə müvafiq cavab verəcək", sözçü əlavə edib.

Hadisə Qırmızı dənizin Yəmən sahillərindən azı bir raketin atılmasından saatlar sonra baş verib.

Bazar günü eyni ərazidən ABŞ gəmilərinə daha iki hücum edilib.

Raketlər gəmilərə çatmadan dənizə düşüb, Pentaqon bildirib.

Huti qiyamçılarının sözçüsü Saba xəbər agentliyinə bildirib ki, onlar heç bir hərbi gəmini hədəfləməyiblər.

Səudiyyənin liderliyi altında beynəlxalq koalisiya ABŞ-ın yardımı ilə huti hərəkatına qarşı havadan hücum əməliyyatları aparır.

Bu ayın əvvəlində bu koalisiya Sana şəhərində azı 140 nəfərin ölümünə səbəb olmuş hücumda şübhəli bilinir.

Fotonun müəllifi EPA
Image caption Beynəlxalq ictimaiyət Sana şəhərinə edilmiş hücumu pisləyib

BMT bildirib ki, 2015-ci ilin martından bəri beynəlxalq koalisiyanın qoşulduğu, Yəmənin beynəlxalq aləmdə tanınmış höküməti və hutilər arasında münaqişədə azı 4125 sadə vətəndaş həyatını itirib və 7207 nəfər yaralanıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş