Əsəd: Suriyanın yeganə ümidi Rusiya-Türkiyə yaxınlaşmasıdır

Bəşər Əsəd Fotonun müəllifi AFP
Image caption Bəşər Əsəd Rusiyanın Komsomolskaya Pravda qəzetinə müsahibə verib

Komsomolskaya Pravda qəzetinə müsahibə verən Suriya prezidenti Bəşər Əsəd Rusiyanın, Türkiyənin Suriya siyasətini dəyişdirə biləcəyinə ümid etdiyini deyib.

"Suriyanın yeganə ümidi Rusiya ilə Türkiyə arasında yaxınlaşmadır", cənab Əsəd deyib.

Qəzet Suriya prezidenti ilə müsahibənin tam mətnini cümə günü dərc edəcək.

Fotonun müəllifi AFP
Image caption Türkiyə Respublikasının prezidenti Recep Tayyip Erdoğan və Rusya dövlət başçısı Vladimir Putin son dəfə İstanbulda görüşüblər

Əhəmiyyətli görüş

Şənbə günü İsveçrənin Lozanna şəhərində Türkiyənin də iştirakı ilə Suriyaya dair görüş keçiriləcək.

Bu görüşdə Rusiya ilə yanaşı ABŞ və Səudiyyə Ərəbistanının da iştirak edəcəyi gözlənilir.

Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılması yolunda atılan addımlar hələ ki Suriyanın gələcəyi ilə bağlı razılığın əldə olunmasına gətirib çıxarmayıb.

Bəşər Əsədə müxalif olan qrupları dəstəkləyən Türkiyə, Suriyanın siyasi gələcəyində cənab Əsədin yerinin olmadığını bildirir.

Suriya ordusu ilə birgə müxalifətə qarşı hava zərbələrini həyata keçirən Rusiya isə Suriyanın gələcəyinə suriya xalqının qərar verə biləcəyini deyir.

Əlaqəli mövzular

Bu barədə daha geniş