Tailand: Kral Bhumibol Adulyadej 88 yaşında ölüb

Kral Bhumibol Adulyadej, 2010-cu ildə çəkilən foto Fotonun müəllifi AFP
Image caption Kral Bhumibol Adulyadej dünyanın ən uzun müddət taxt-tacda olan monarxıdır

Dünyanın ən uzun müddət taxt-tacda olan monarxı, Tailand kralı Bhumibol Adulyadej, 88 yaşında vəfat edib, bu barədə məlumat saray tərəfindən təsdiq olunub.

70 il hakimiyyətdə olan krala Tailandda dərin hörmət göstərilir. O, uzun illərdir siyasi problemlərlə və dövlət çevrilişlərilə üzləşən ölkəyə sabitlik gətirən bir şəxs hesab edilir.

Son illərdə kralın sağlamlığında problemlər olub və o, ictimaiyyət önündə o qədər də görünməyib.

2014-cü ildə ölkədə baş tutan dövlət çevrilişindən bəri Tailanda hərbi rejim rəhbərlik edir.

Bazar günü saray xəbər vermişdi ki, kralın vəziyyəti "qeyri-sabitdir".

Krala uğur gətirmək üçün ölkədə bir çoxu çəhrayı rəngdə geyinib. Onun müalicə olunduğu xəstəxananın qarşısında yüzlərlə adam yığışıb.

Fotonun müəllifi EPA
Image caption Tailand kralının müalicə olunduğu xəstəxananın qarşısında kütlələr

Əlaqəli mövzular