Galaxy Note 7 telefonunu geri çağırmaqla Samsung 3 milyard dollar itirir

Smartfon istehsal edən dünyanın ən böyük şirkət ümumilikdə 5 milyard dollar itirəcəyini praqnozlaşdırır Fotonun müəllifi AFP
Image caption Smartfon istehsal edən dünyanın ən böyük şirkət ümumilikdə 5 milyard dollar itirəcəyini praqnozlaşdırır

Yeni smartfon Galaxy Note 7 telefonlarının yanması səbəbindən onun istehsalını dayandırması növbəti iki rübdə Cənubi Koreya məhsulu olan Samsung şirkətinin gəlirlərini 3 milyard dollara qədər azaldacaq.

Şirkətin yaydığı son hesabata əsasən bu ilin üçüncü rübündə şirkətə dəyən zərər iki milyard dollar həcmində olub.

Galaxy Note 7 smartfonlarının batareya yüklənməsindən sonra alışması səbəindən məhsulları geri çağırdı və onları yenisi ilə əvəz etdikdə eyni hal yaşandığından telefonların istehsalını dayandırdı.

Bu ərəfədə Samsung-un aksiyaları təqribən 8 faiz aşağı düşdü.

Avqustun 19-da təqdim edilən Galaxy Note 7 smartfonları Samsung-un sonuncu fablet (iri ekranlı smartfon) modelidir və Apple-nin yeni model telefonu olan iPhone 7-nə rəqabət aparmaq üçün nəzərdə tutulmuşdu.

Şirkət deyir ki, "mobil biznesini normallaşdırmaq üçün" digər əsas mobil telefon markaları olan Galaxy S7 və S7 Edge satışını genişləndirə bilər.

"Əlavə olaraq şirkət məhsullarının keyfiyyətində böyük dəyişiklik edərək müştəriləri naminə məhsulların təhlükəsizliyinə daha çox diqqət ayıracaq", Samsung-un yaydığı məlumatda deyilir.

Sentyabr ayında, batareya yüklənməsi zamanı və ardınca telefonun alışması hallarının qeydə alınması səbəbindən 2.5 milyon Note 7 cihazlarını geri çağırmışdı.

Bu barədə daha geniş