Haitidə yardım konvoyu soyulub

Cənab Ban Les Cayes şəhərindəki düşərgədə yaşayan haitililərə baş çəkib Fotonun müəllifi AFP
Image caption Cənab Ban Les Cayes şəhərindəki düşərgədə yaşayan haitililərə baş çəkib

BMT-nin baş katibinin 900 nəfərin ölümü ilə nəticələnmiş Matthew qasırğasından sonra Haitiyə səfəri zamanı qəzəbli haitililər yardım gətirən yük maşınlarını soyub.

Ban Ki-moon söyləyib ki, o qarət hadisəsinin şahidi olub.

Haitiyə əlavə yardım ediləcəyinə söz verən Ban Ki-moon ölkələri ianə verməyə səsləyib.

Rəsmilər deyirlər ki, 1.4 milyon insanın təcili humanitar yardıma ehtiyacı var.

Ölkədə həmçinin vəba xəstəliyi təhlükəsi var, çünki ölkənin cənub qərbində bir sıra xəstəlik və ölüm halları barədə məlumatlar gəlir.

Sudan yayılan bu xəstəlik adaya BMT-nin nepallı əsgərləri vasitəsilə gəlib.

Fotonun müəllifi AP
Image caption Les Cayes şəhərində BMT qüvvələri ilə qəzəbli xalqın qarşıdurması olub
Fotonun müəllifi Reuters
Image caption Daşqınlar və təmiz su çatışmazlığı vəba xəstəliyinin yayılmasına səbəb ola bilər
Fotonun müəllifi Reuters
Image caption Haitililər onlara yetərincə yardım edilmədiyindən şikayət edir

Taxılları və su ehtiyatları məhv olmuş bir çox ailənin yardıma ehtiyacı olduğundan gərginlik ən yüksək həddindədir.

Şənbə günü Haiti polisi və BMT sülh qoşunları Les Cayes düşərgəsində humanitar konvoya hücum etmiş 100-ə qədər sakini dağıtmaq üçün gözyaşardıcı qaz istifadə edib.

"Biz təcili yardım gözləyən xalqın səbirsizliyini və qəzəbini anlayırıq. Biz lazımi köməyin vaxtında yetişməsi üçün əlimizdən gələni edirik", cənab Ban deyib.

Dağılmış ərazilərə səyahət edən baş katib əlavə edib: "Dağıntıları görəndə çox, lap çox üzüldüm. Lakin dünya xalqları sizinlədir".

BMT bu kasıb ölkəyə yardım üçün 120 milyard dollara ehtiyac olduğunu bildirib. Hələlik bu məbləğin kiçik bir hissəsi yığılıb.

Bəzi küçələrdə təmizlənmə işləri aparılsa da, işıq, nəqliyyat və kommunikasiya xətləri hələ əlçatmazdır.

Oktyabrın 4-də güclü Matthew qasırğasından sonra 120 minə yaxın ev ya dağılıb, ya da zədələnib.

Bu barədə daha geniş