Ukrayna: qiyamçılar komandirlərinin ölümündən qəzəblənib

Motorola Fotonun müəllifi AFP
Image caption Motorola Sparta adlı qiyamçı batalyona başçılıq edirdi.

Ukraynanın şərqində rusiyapərəst qiyamçılar komandirlərinə qarşı sui-qəsdin kim tərəfindən törədildiyini araşdırır.

Qiyamçılar hadisəni "müharibə cinayəti" hesab edərək Ukrayna hökümətini ittiham edir.

Motorola ləqəbli Rusiyada doğulmiş Arsen Pavlov bazar günü Donetsk şəhərindəki evinin liftində bomba partlaması nəticəsində öldürülüb.

Sosial şəbəkələrdə paylaşılmış videoda Ukraynalı neo-nazi qrup Motorolanı öldürdüyünü iddia edib.

Kiyevdə BBC müxbiri Tom Burridge deyir ki, sirli "İnsansevməz Diviziya"nın iddialarına böyük ehtiyatla yanaşılmalıdır.

Əsasən qəddar və həyasız olan təbliğat münaqişənin xarakteri olur, o əlavə edib.

"Diviziya" barədə məlumat azdır. Rusiyalı müharibə müxbiri Aleksandr Kots-un tvitlədiyi video-klipdə 4 silahlı və maskalı kişi görünür.

Diviziyanın lideri deyir ki, onun qrupunun video ilə əlaqəsi yoxdur.

Motorola Sparta adlı qiyamçı batalyona başçılıq edirdi. Bu batalyon Donetsk hava limanında və İlovaiskda Ukrayna hökümətinə qarşı əsas hücumlar edirdi.

Ukrayna onu müharibə cinayətlərində ittiham edir.

1983-cü ildə Rusiyanın şimalında, Komidə doğulmuş Motorola özünü "könüllü" adlandırırdı.

Ötən ay Ukrayna prezidenti Poroşenko deyib ki, Motorola ukraynalı müharibə veteranı İhor Branovitskini vurub öldürüb və bu cinayətə görə "qulyabanı cavab verəcək".

Aprel ayında Motorola Kiyev Post qəzetinə deyib ki, o qiyamçıların girov götürdüyü 15 ukraynalı əsgəri öldürüb.

Donetsk qiyamçılarının lideri sui-qəsd barədə danışaraq deyib: Belə anladım ki, Petro Poroşenko atəşkəsi pozub və bizə müharibə elan edib"

O bu ölümü "terrorçuluq" adlandırıb.