Yəmən: cümə axşamı 72 saatlıq atəşkəs elan ediləcək

şiə hutilər Fotonun müəllifi AP
Image caption Yəməndə hökümət qüvvələri ilə qiyamçılar müharibə aparır

Cümə axşamı günü Yəməndə 72 saatlıq atəşkəs qüvvəyə minəcək, BMT-nin xüsusi nümayəndəsi bildirib.

İsmail Ould Şeyx Əhməd söyləyib ki, bütün maraqlı tərəflər belə addımla razılaşıb.

Yəmən prezidenti Abdrabbuh Mansour Hadi-nin qüvvələri paytaxt Sananı nəzarətdə saxlayan husi qiyamçıları ilə döyüşür.

Cənab Əhmədin elanı Sanaya Səudilərin hava hücumü nəticəsində azı 140 nəfərin ölməsi səsəbilə verilmiş beynəlxalq xəbərdarlıqdan sonra baş verir.

Səudi rəsmiləri deyirlər ki, onlar husi qiyamçıları hədəfləmişdilər, lakin səhv kəşfiyyat yanlış ərazinin bombalanmasına səbəb olub.

ABŞ, Britaniya və BMT-nin sülh nümayəndəliyi Yəməndə təcili atəşkəs elan edilməsini istəyir.

Fotonun müəllifi Reuters
Image caption Ötən ilin mart ayında Yəməndə müharibə başladıqdan bəri azı 7000 insan ölüb.

Ötən ilin mart ayında Yəməndə müharibə başladıqdan bəri azı 7000 insan ölüb, 35 mindən çox insan yaralanıb və azı 3 milyon insan didərgin düşüb.

Əlaqəli mövzular