Rusiyanın Hələbdə "humanitar fasiləsi" qüvvəyə minib

A man walks past damaged buildings in the rebel held besieged al-Sukkari neighbourhood of Aleppo. Photo: 19 October 2016 Fotonun müəllifi Reuters
Image caption Ötən aydan bəri Hələbdə bombalanma nəticəsində 2,700 nəfər ölüb və ya yaralanıb

Suriyanın Hələb şəhərində Rusiya tərəfindən elan edilən və dinc sakin və üsyançıların şəhəri tərk etməsinə icazə verən "humanitar fasilə" formal olaraq qüvvəyə minib.

Moskva bundan əvvəl bildirib ki, Rusiya və Suriya hökuməti tərəfindən həyata keçirilən hava zərbələri iki gün vaxtından əvvəl dayandırılıb.

Rusiya, həmçinin, fasiləni üç saat uzadıb və vaxtın daha da uzadıla biləcəyini qeyd edib.

Amma güclü cihadçı qrupu, mühasirədə saxlanılan üsyançıların nəzarətində olan Hələbin şərq rayonlarından çıxmaqdan imtina edib.

Ötən ay Suriya hökumət qüvvələri üsyançı qrupları əhatəyə alıb və Rusiya tərəfindən dəstəklənən geniş hücuma başlayıb.

O zamandan bəri bombalanma nəticəsində 2,700 nəfər ölüb və ya yaralanıb, Böyük Britaniyada yerləşən Suriya İnsan Haqlarə Müşahidəsi qrupu məlumat verir.

Qərb liderləri hesab edirlər ki, Rusiya və Suriyanın Hələbə hava zərbələri hərbi cinayətlərə səbəb ola bilər.

Fransa prezidenti Francois Hollande bu iddianı çərşənbə günü axşam saatlarında Berlində Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel ilə söhbəti zamanı təkrar edib.

Xanım Merkel zərbələri "qeyri-insani" adlandırıb.

Rusiya ittihamları rədd edir. Prezident Putin deyib ki, ittihamlar Suriyada reallıqları nəzərə almayan "ritorikadır".

Fotonun müəllifi Reuters
Image caption BMT deyir ki, Hələbdə Jabhat Fateh al-Sham qrupunun ümumilikdə 900 döyüşçüsü var.

"Humanitar fasilə" formal olaraq cümə axşamı yerli vaxtla 08:00-da (05:00 GMT) başlayıb.

Rusiya hərbçiləri ilkin olaraq 8 saat nəzərdə tutulmuş fasilənin üç saat, yəni 19:00-a qədər uzadıldığını qeyd edib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu həftənin əvvəlində bildirib ki, tədbir vasitəsilə mülki vətəndaşların ərazini tərk etməsi və xəstə və yaralıların təxliyə edilməsi üçün altı dəhlizin təhlükəsizliyinin təmin ediləcəyi "zəmanətinə" kömək edəcək.

Vladimir Putin Berlin danışıqlarında təklif edib ki, o, hava zərbələrinə verilən fasilənin daha da uzada bilər.

Çərşənbə Günü baş verən digər dəyişikliklər:

  • Suriya Prezidenti Bəşər Əsəd İsveçrə televiziya və radio yayımları şirkəti SRF-ə bildirib ki, dünyanın diqqətini çəkən təcili tibbi yardım maşınında toz və qanla örtülmüş balaca oğlanın şəkli saxta idi.
  • Norveç dənizindən Böyük Britaniya istiqamətlənən Rusiya hərbi dəniz qüvvələri, o cümlədən, təyyarə gəmisi Suriya sahillərində qüvvələri yerləşdirmək məqsədi daşıyırdı.

"Mümkün olmayan məsələ"

Üsyançı döyüşçülərə silahları ilə birlikdə ərazini tərk etmək üçün iki xüsusi dəhliz təklif olunub.

Cənab Şoyqu həmçinin bildirib ki, Rusiya və müxalifəti dəstəkləyən, ABŞ, Türkiyə və Qətərdən hərbi ekspertlər ""terrorçuları" "mülayim" üsyançılardan ayırmağa çalışmaq üçün danışıqlar aparacaq.

Lakin Suriyanın siyasi müxalifəti deyir ki, bu, praktiki olaraq mümkün deyil, Beirutdan BBC əməkdaşı James Longman deyir.

Əl-nüsrət Cəbhəsi kimi tanınan və hələ iyul ayında əl-Qaidə ilə rəsmi əlaqələri kəsən bu cihadçı qrup - Jabhat Fateh al-Sham Rusiyanın şəhəri tərk etmək təklifini rədd edib və mübarizə vəd edib.

Əsas üsyançı qruplaşmalar Rusiyanın təklifini "hiylə" ehtimalı ilə qəbul etməyib.

Jabhat Fateh al-Sham-ı terror təşkilatı kimi tanıyan BMT deyir ki, Hələbdə qrupun ümumilikdə 900 döyüşçüsü var.