Filippində super qasırğa davam edir

Qasırğanın keçdiyi ərazilərdə 10 milyona yaxın insan yaşayır Fotonun müəllifi EPA
Image caption Qasırğanın keçdiyi ərazilərdə 10 milyona yaxın insan yaşayır

Filippində Haima adlı super qasırğa ən azı 4 nəfərin ölümünə səbəb olub.

Saatda 225km sürətilə əsən külək ölkənin şimalında torpaq sürüşməsi yaradıb.

100 min insan qasırğanın təhlükə törətdiyi ərazilərdən təxliyə olunub.

Çərşənbə günündən bəri bir çox evlər dağılıb və elektrik xətləri sıradan çıxıb.

Mütəxəssislərə görə Haima qasırğası 2013-cü ildə 7350 nəfərin həyatına son qoymuş Haiyan qasırğasından daha qorxuludur.

Hər il Filippində iyirmiyə yaxın güclü qasırğa baş verir, onların çoxu ölümcül olur.

Fotonun müəllifi AP
Image caption Güclü küləklər işıq xətlərini sıradan çıxarıb və damları dağıdıb
Fotonun müəllifi Reuters
Image caption Evlərindən didərgin düşmüş əhali düşərgələrdə yaşayır
Fotonun müəllifi Getty Images
Image caption Bəzi evlərin dəmir damları dağılıb.
Fotonun müəllifi EPA
Image caption Bir neçə gün öncə minlərlə insan Sarika qasırğasından əziyyət çəkib

Güclü küləklər ötən gün Bakı vaxtilə axşam 8-də güclü qasırğada çevrilib.

Hazırda Haima Cənub Çin dənizi vasitəsilə Honq Konq və Çinin cənubuna doğru hərəkət edir.