Şimali Koreyanın raket sınağı "yenidən iflasa uğrayıb"

Şimali Koreya davamlı raket sınaqlarını həyata keçirsə də, nadir hallarda müvəffəq olur Fotonun müəllifi Getty Images
Image caption Şimali Koreya davamlı raket sınaqlarını həyata keçirsə də, nadir hallarda müvəffəq olur

Şimali Koreyanın həyata keçirdiyi raket sınağı növbəti dəfə iflasa uğrayıb, Cənubi Koreya hərbiyyəsi bildirir.

Bu, bir həftə ərzində iflasa uğramış ikinci sınaqdır.

Bu raketin Quamdakı ABŞ hərbi bazalarını vurmaq gücündə olduğu deyilir.

Raket bu il ərzində səkkiz dəfə sınaqdan keçirilib və bu sınaqlardan yalnız biri uğurlu olub.

Lakin ekspertlər ehtiyat edirlər ki, o, artıq gələn il istismar oluna bilər.

ABŞ sınağı tənqid edərək onu "növbəti təxribat" adlandırıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş