Rusiyanın hərbi gəmiləri İngilis Kanalından keçir

İngilis Kanalını üzən rus gəmisi
Image caption Admiral Kuznetsov gəmisi 50-ə qədər hərbi təyyarə daşıya bilir

Rusiya hərbi gəmilərin donanması Suriyaya getmək üçün İngilis Kanalından keçir.

İki Britaniya hərbi dəniz gəmisi onları müşayiət edir. Müdafiə nazirliyi bildirib ki, Böyük Britaniya sularının yaxınlığından keçərkən gəmilər "addım-addım" izlənəcək.

Avropa İttifaqı liderləri Suriyanın Hələb şəhərinə hücumlarda Rusiyanın iştirakını qətiyyətlə pisləyib.

Gəmilər beynəlxalq sular daxilindədir, amma Müdafiə naziri Michael Fallon bildirib ki, Böyük Britaniya öhdəsinə düşmüş "Britaniya təhlükəsizliyini qorumaq üçün" gəmiləri müşahidə edəcək.

Rusiyanın yeganə 50-dən çox təyyarə daşıyan "Admiral Kuznetsov" gəmisi cənuba Norveç dənizi sahillərindən gəlir.

Güman edilir ki, gəmilər Orta Şərqə gedir.

Rusiyanın Suriyada artıq 10 ədədə qədər gəmisi var və onlar döyüşlərdə iştirak edir.

Eyni zamanda Rusiya və Suriya höküməti Hələbdə "humanitar fasilə" elan edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş