Latın Amerikası: əhalinin yarısı viruslarla üz-üzədir

Zika virusu bu "Aedes aegypti" ağcaqanadı ilə yayılır Fotonun müəllifi Reuters
Image caption Zika virusu bu "Aedes aegypti" ağcaqanadı ilə yayılır

Latın Amerikası və Karib dənizi adalarında 500 milyondan çox insan ağcaqanadlarla yayılan xəstəlik riski altındadır, Kubada keçirilən sammitdə bildirilib.

Dengue, Çikungunya və Zika virusları regionda əhalinin yarısını təhlükə altında qoyur.

Bu, Zika-dan əziyyət çəkən xalqların ilk iclasıdır.

Dünya Səhiyyə Təşkilatı bu virusu fevralda qlobal bəla adlandırıb.

Hazırda 47 ölkə və ərazi bu virusdan əziyyət çəkir.

Zika virusu 1947-ci ildə Uqandada tapılıb, lakin 2015-ci ildə Braziliyada yeni doğulmuşlarda neyroloji dəyişikliklər ictimailəşəndən sonra gündəmə gəlib.

Bu xəstəliyin əsas əlaməti odur ki, doğulan uşaqların başı kiçik olur. Bu mikrosefaliya adlanır.

Zika "Aedes aegypti" adlı ağcaqanadların dişləməsi ilə yayılır.

Xəstəliyin əsas yayılma dövrü yaydır, çünki həm hava isti olur, həm də insanlar Amerika ölkələrinə səyahətlər edirlər.

Fotonun müəllifi AP
Image caption Braziliyada mikroselafiya ilə doğulan uşaqların sayı artır

Dengue ado qrip kimi başlayır və sonra öldürücü virusa çevrilir.

Çikungunya epidemik virusu isə qızdırmaya və oynaqlarda güclü ağrıya səbəb olur, müalicəsi yoxdur.

Əlaqəli mövzular