İraq: kürdlər İD nəzarətində olan Başika şəhərini mühasirəyə alıblar

Başika Fotonun müəllifi AFP
Image caption Kürd qoşunlarının rəhbərliyindən verilən məlumata görə, Başika şəhərini mühasirəyə almaq mümkün olub

İraqdakı kürd Peşmərgə döyüşçüləri Başika şəhərinə nəzarət edən özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qarşı döyüşürlər. Başika Mosuldan 12 km şimal-şərqdə yerləşir.

Kürd döyüşçülərin rəhbərliyindən verilən məlumata görə, onlar şəhəri mühasirəyə alıb və əsas yolları bağlaya biliblər.

Ankara bildirir ki, türk qoşunları şəhərə hücumda kürd silahlılarına dəstək göstərir. Lakin İraq rəhbərliyi türk hərbiyyəsinin Başika və Mosul uğrunda döyüşlərdə iştirakını təkzib edir.

Bazar günü İraq və Suriyada İD-ə mübarizə aparan Qərb koalisiyası komandanlığından verilən məlumata görə Başika uğrunda döyüşlərdə əhəmiyyətli irəliləyiş var.

Kürd muxtariyyətinin dəstəyi ilə kürd qoşunları və sünni silahlıların iştirakı ilə Mosula hücum oktyabrın 17-də başlayıb. Havadan isə əməliyyata ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri dəstək göstərir.

Keçən cümə axşamı isə İraqdakı kürd döyüşçülər Mosulun şərqində və şimalında İD-nin nəzarətində olan kəndlərə yeni hücuma başlayıblar.

Əlaqəli mövzular

Bu barədə daha geniş