Çin: "bir milyon" rəsmi şəxs korrupsiya ittihamıyla yoxlanılıb

Çin Fotonun müəllifi AP
Image caption Hökumətin bildirdiyinə görə korrupsiyada şübhəli bilinənlər hakimiyyətdən sui istifadə və rüşvətxorluqda günahlandırılırlar

Çin Kommunist Partiyası korrupsiyada şübhəli bilinən bir milyondan çox rəsmini istintaqa cəlb edib, hökumət bildirir.

Xaricə qaçmış daha 409 nəfərin isə bu il ərzində xarici ölkələrdə həbs edildiyi deyilir.

Məlumat Çin Kommunist Partiyasının Pekində keçiriləcək plenumu ərəfəsində yayılıb.

Prezident Xi Jinping geniş miqyaslı anti korrupsiya əməliiyatını həyata keçirib.

Lakin bəzi müşahidəçilərin bildirdiyinə görə, cənab Xi kampaniyadan siyasi rəqiblərinə qarşı istifadə edib. O isə bu məlumatları təkzib edib.

BBC-nin Pekindəki müxbiri Stephen McDonell bildirir ki, Kommunist Partiyasının gizli plenumunda partiya qaydalarına dəyişiklər müzakirə ediləcək.

Əlaqəli mövzular