Misirdə reydlər zamanı 9000 ton şəkər aşkarlanıb

Şəkər almaq istəyən insanlar Fotonun müəllifi Reuters
Image caption Şəkər tozunun qıtlığı onun dəyərinin 2 dəfə artaraq 1 kiloqramının qiymətinin 1.13 dollar olmasına səbəb olub

Misirdə hakimiyyətin zavod və anbarlara reydləri nəticəsində 9,920 ton şəkər götürülüb.

Məhsulların ölkə boyunca qıtlığı dövründə Baş nazir Şerif İsmail bildirib ki, reydlər tədarükə "müsbət təsir" göstərib, yəni növbəti üç ay üçün kifayət qədər məhsul var.

Bu şəkər dövlət orqanları vasitəsilə güzəştli qiymətlərlə satılacaq.

Son həftələrdə bütün supermarketlərin piştaxtalarından şəkərin yoxa çıxması insanların qəzəbinə səbəb olub.

Böhran, prezident Əbdül Fəttah əl-Sisi hökumətinin baha subsidiya proqramına ixtisarlar etməsi və iqtisadiyyatın dirçəlməsinə maneə kimi gördüyü Beynəlxalq Valyuta Fonduna olan 12 milyard dollarlıq kredit borcunu ödəmək cəhdləri nəticəsində yaranıb.

Xarici valyutanın qıtlığı və Səudiyyə Ərəbistanından neft yardımının qəfil dayandırılması qara bazarda Misir funtunun dəyərinin aşağı düşməsinə gətirib çıxarıb.

Şəkər tozuna görə "həbs"

Misirin ən böyük qənnadı istehsalçılarından biri, Edita Qida Sənayeləri Reuters agentliyinə deyib ki, rəsmi şəxslər onun anbarlarından 2,000 tona yaxın şəkər götürəndən sonra onun Beni Suef əyalətindəki zavodu üç gün ərzində bağlı qalıb.

Şirkət bildirilib ki, o, şəkəri yığıb saxlamırdı və şəkər özəl sektordan qanuni yolla əldə edilib, qara bazardan alınmayıb.

Fotonun müəllifi Reuters
Image caption Misir il ərzində istehlak edilən 3 milyon tonluq şəkər tozunun üçdə bir hissəsini idxal edir.

Cənab İsmail Misirin CBC TV kanalına bildirib: "Məşğul olduğumuz bəzi mənfi məsələlər var, amma onlar məhdud saydadır."

"Biz bazarı nəzarətsiz qoya bilmərik," deyən cənab İsmail "nəzarət lazımdır" deyə əlavə edib.

Lakin Misirin Ticarət Palataları Federasiyası xəbərdarlıq edib ki, özəl sektordan mallara həbs qoyulması daha da qıtlığa səbəb ola bilər, çünki şirkətlər "genişlənmək və investisiya qoymaq əvəzinə bazardan çıxmağa məcbur olacaqlar".

"Əgər hökumətin problemi varsa, onlar gəlməlidirlər və müzakirələr aparmalıdırlar, amma bazarlarda reyd keçirmək və bizimlə qaçaqmalçılar kimi rəftar edilməsi utancvericidir", Editanın sədri Hani Berzi CBC kanalına bildirib.

Misir il ərzində istehlak edilən 3 milyon tonluq şəkər tozunun üçdə bir hissəsini idxal edir.

Şəkər tozunun qıtlığı onun dəyərinin 2 dəfə artaraq 1 kiloqramının qiymətinin 1.13 dollar olmasına səbəb olub, Bloomberg-in mağazalarda apardığı sorğuda məlum olub.

Bu ayın əvvəlində rəsmi əl-Əhram qəzeti yazıb ki, məhsulları gizlədənlər barədə məlumat vermək üçün hökumətin qaynar xətti yaradılıb və kafedə çalışan bir kişi şəxsi istifadə üçün nəzərdə tutulmuş həddən çox - 10 kq şəkəri gizlətdiyinə görə həbs olunub.

Əlaqəli mövzular