Almaniya: anti-terror reydlərində çeçen əsilli şəxs saxlanılıb

Almaniya Fotonun müəllifi AFP
Image caption Çərşənbə günü həyata keçirilmiş reydlər 12 mənzili və eyni zamanda siyasi sığınacaq almaq istəyənlər üçün nəzərdə tutulmuş sığınacaqda aparılıb

Almaniya polisi ölkə boyunca anti-terror reydlərini həyata keçirib. Reydlər zamanı çeçen əsilli şəxs saxlanılıb, terrorizmi maliyyələşdirməkdə şübhəli bilinən digər 13 nəfərsə dindirilir.

Həbs olunan şəxs özünü İslam Dövləti adlandıran qruplaşmaya qoşulmaq istəyib, polis bildirir.

Saxlanılan bütün 14 nəfər siyasi sığınacaq üçün müraciət ediblər, polis internet saytında məlumat yayıb.

Yerli medianın bildirdiyinə görə, mənzillərin birində ağ toz aşkar edilib, lakin polisin dediyinə görə konkret hücum təhlükəsi ilə bağlı heç bir sübut yoxdur.

Polis həbs olunan 28 yaşlı şəxs barədə keçən ildən bəri istintaq aparır. Onların bildirdiyinə görə, 21-31 yaşları arasında daha 10 çeçen kişi və üç qadın dindirilir.

Reydlər çərşənbə axşamı erkən saatlarda 12 mənzildə və bir neçə şəhərdə yerləşən siyasi mühacirlər üçün sığınacaqlarda həyata keçirilib.

Fotonun müəllifi AFP
Image caption Polis Almaniyanın Yena şəhərindəki mənzildən əşyaları çıxarır

Bu barədə daha geniş