Braziliya: kişi "20 il sonra ailəsindən" xilas edilib

Armando Bezerra de Andrade Fotonun müəllifi GUARULHOS POLICE
Image caption Cənab Andrade zəifdir, amma üzərində döyülmə izləri olmayıb

Braziliyada polis qonşularının iddiasına görə ailəsi tərəfindən 20 il ev həbsi yaşayan kişini azad edib.

36 yaşlı kişi Guarulhos şəhərində yoxsulların yaşadığı əraziyə polis reydi zamanı təsadüfən tapılıb.

Polis onun ac olduğunu və əqli sağlamlıq problemlərinin olduğunu bildirib.

Qonşular bildirib ki, 16 yaşında itkin düşməzdən öncə o, mehriban uşaq kimi yadda qalıb, amma analığı tərəfindən tez-tez döyülürdü.

Polis, xəstəxanaya apardığı Armando Bezerra de Andrade-nin danışa bilmədiyini deyib.

Onun qaldığı otağın fotosunda yalnız yataq və çirkli tualetin olduğu deyilir. Məlumatlara görə, divarlarda zəncirlər mövcuddur.

Fotonun müəllifi GUARULHOS POLICE
Image caption Polis kişinin qaldığı otağın fotolarını paylaşıb

Reyd keçirilən zaman evdə heç kim olmayıb. Qonşular kişinin atasının, analığının və ögey qardaşının başqa yerdə yaşadığını deyirlər.

Cənab Andrade-nin atası polisə deyib ki, oğlu yeniyetmə ikən evdən qaçıb və narkotik istifadəçisi olduğu üçün ailəsindən onu bu otaqda saxlanılmasını istəyib.

Hazırda onun narkotik və ya başqa dərman istifadə edib-etmədiyini yoxlamaq üçün analizlər aparılır.