Trump: "Clintonun xarici siyasət planı III dünya müharibəsinə aparacaq"

Republican presidential candidate Donald Trump speaks during an campaign event with employees at Trump National Doral in Miami. Fotonun müəllifi AP
Image caption Donald Trump hesab edir ki, ABŞ əsas diqqətini özünü İslam dövləti (İD) adlandıran qruplaşma ilə mübarizəyə yönəltməlidir.

Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trump bildirib ki, Hillary Clintonun Suriyadakı münaqişənin nizamlanması üzrə planları III dünya müharibəsinə gətirib çıxara bilər.

Onun sözlərinə görə, ABŞ hazırkı Suriya prezidenti Bəşər Əsədi istefa verməyə inandırmaq cəhdinin əvəzinə diqqətini özünü İslam dövləti (İD) adlandıran qruplaşma ilə mübarizəyə yönəltməlidir.

Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Clinton, daha əvvəl Suriya səmasında uçuşsuz zonanın yaradılmasını təklif edib.

"Siz Suriya ilə müharibə aparmırsınız, siz, Suriya, Rusiya və İran ilə döyüşürsünüz, razısız"? Trump bildirib.

"Rusiya nüvə dövlətidir, amma yalnız danışıqlar aparan ölkələrdən fərqli olaraq bu dövlətdə nüvə silahı işləyir" - respublikaçıların namizədi hesab edir.

Hərbi təhlükə

Donald Trump güman edir ki, dəfələrlə Vladimir Putinin ünvanına sərt tənqidlə çıxış edən Hillary Clinton, sonra onunla danışıqlar apara bilməz.

"O necə öz sözlərindən imtina edib şər təcəssümü etdiyi insanla (Putin) danışıqlar masasına əyləşəcək?", Trump qeyd edib.

Daha sonra Trump İD-ə qarşı diqqəti toplamağı təklif edib və deyib ki, "bizə əsas diqqəti Suriyaya yönəltmək lazım deyil".

Fotonun müəllifi AP
Image caption ABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin Birləşmiş komitəsinin başçısı general Joseph Dunford da uçuşsuz zonanın yaradılması ilə bağlı xəbərdralıqla çıxış edib.

"Əgər Hillary Clintona qulaq assaq hər şey Suriyaya görə üçüncü dünya müharibəsi ilə başa çatacaq", Respublikaçılar partiyasının ABŞ prezidentliyinə namizədi xəbərdarlıq edib.

Suriyada uçuşsuz zona yaradılması ilə bağlı analoji əndişəni ötən ay ABŞ silahlı qüvvələrinin qərargah rəislərinin Birləşmiş komitəsinin başçısı general Joseph Dunford da bildirib.

Onun fikrincə, Suriya səmasında "uçuşsuz zona" Rusya ilə müharibəyə səbəb ola bilər.

"Bunun üçün kifayət qədər sanballı qərar qəbul etmək lazımdır və əlbəttə, onu qəbul etmək mənə düşməz", Amerika konqresində çıxış edən general deyib.

ABŞ-da prezidentliyə seçki günü Noyabrın 8-dir.

Bu barədə daha geniş