ABŞ kəşfiyyatının rəhbəri: Pxenyanın nüvə silahından imtinası gözlənilmir

Şimali Koreya Fotonun müəllifi KCNA
Image caption Müşahidəçilərin bildirdiyinə görə, Şimali Koreya nüvə silahının hazırlanmasında irəliləyişə nail olub

Şimali Koreyanı nüvə silahından imtina etdirmək siyasəti "mənasız işdir", ABŞ Milli Kəşfiyyatının direktoru bildirib.

New York-da çıxış edən James Clapper deyib ki, ən yaxşı halda Pxenyanın nüvə imkanlarını məhdudlaşdırmaq olar.

Bu, Şimali Koreyanın "nüvəsizləşdirilməsi"nin mümkün olmadığı barədə ABŞ rəsmisinin nadir səslənən etirafıdır. Pxenyanı nüvə proqramından çəkindirmək ABŞ-ın uzunmüddətli siyasətidir.

Bu arada Dövlət Departamenti Şimali Koreyaya dair hazırkı siyasətin dəyişdirilmədiyini bildirir.

Pxenyan beynəlxalq ictimaiyyətin müqaviməti və sanksiyalara rəğmən son illər ərzində raket texnologiyası ilə nüvə proqramı sahəsində sürətli tərəqqiyə nail olduğunu bildirir.

Sentyabr ayında Şimali Koreya 5-ci və indiyədək ən iri nüvə sınağının keçirildiyini bəyan edib.

Sinaqlar beynəlxalq aləmdə tənqidlə qarşılanıb.

Fotonun müəllifi Geoeye
Image caption Yeraltı nüvə sınaqları Punqi-ri nüvə obyektində keçirilib

Əlaqəli mövzular

Bu barədə daha geniş