Britaniyada “məsuliyyətsiz” pəhriz reklamına qadağa

Diet Chef reklamı Fotonun müəllifi PA

Gözü yaşlı qadının özünün daha arıq və xoşbəxt versiyası ilə üz-üzə gəldiyi barədə televiziya reklamı Britaniyanın tənzimləyici qurumu (ASA) tərəfindən qadağan edilib.

Yemək çatdırmaq üzrə Diet Chef şirkətinin reklamında nəzərdə tutulur ki, xoşbəxtlik və özünə-əminliyə yalnız arıqlamaq yolu ilə nail olmaq mümkündür. ASA belə yanaşmanı "məsuliyyətsiz" kimi dəyərləndirib.

Reklamın qəhrəmanı Cheryl adlı qadındır. O videoda Diet Chef xidmətindən istifadə etməzdən əvvəl və sonra təsvir olunur.

Videoda deyilir ki, çəki itirdikdən sonra Cheryl özünü nailiyyət əldə etmiş kimi hiss edib.

Fotonun müəllifi PA

Reklamda özünün əvvəlki versiyasına üz tutan Cheryl deyir: "Özünü necə hiss etdiyini bilirəm, sən yenidən yaxşı görünə bilərsən". Daha sonra o əlavə edir: "Mən ötən həftə, bu şəkli çəkdirdikdən bəri ilk dəfə olaraq bikini aldım".

Əvvəlki Cheryl isə dialoqu davam etdirir: "Sən əla görsənirsən. Mən belə arıq olacağımı ağlıma də gətirə bilməzdim".

ASA qurumuna daxil olan şikayət müəllifləri yazırlar ki, reklamda sanki nəzərdə tutulur ki, qadınlar xöşbəxt olmaq üçün çəki itirməlidirlər.

İyulun 1-dən London nəqliyyatında potensial baxımdan istehlakçıya ziyan vura biləcək, insan vücudunun "qeyri-sağlam və qeyri-real tənasübünü təbliğ edən" reklam qadağan edilib.

Bu barədə daha geniş