İD-dən qaçmış qadınlar Saxarov mükafatı qazanıb

Nadia Murad Basee Fotonun müəllifi EPA
Image caption İD Nadia Murad Basee və Lamiya Aji Bashar-i 2014-cü ildə qaçırıb

Özünü İslam Dövləti (İD) adlandıran qrupdan qaçmış iki yəzidi qadın Avropanın ən məşhur insan haqları mükafatının qalibləri olub.

Nadia Murad Basee və Lamiya Aji Bashar 2014-cü ildə İD-in qaçırdığı və cinsi qul kimi istifadə etdiyi qadınlardan olub.

İD-dən qaçmağı bacarmış bu qadınlar hazırda yəzidi icmasının haqlarını qoruyur.

Sovet alimi və dissidenti Andrey Saxarovun xatirəsinə həsr olunan bu mükafat 1988-ci ildən bəri hər il fikir azadlığına görə verilir.

Mükafatın bu il üçün final nominantları həmçinin Krım tatarları lideri Mustafa Cemilov və Türkiyənin Cumhuriyet qəzetinin redaktoru Can Dündar olub.

Kim, Nə, Niyə: Yezidilər kimdir?