Çində "saxta bezlər" narahatlıq yaradıb

Gigiyenik bezlər Fotonun müəllifi Getty Images
Image caption Çində 10 milyondan çox "saxta gigiyenik bezlər" aşkarlanıb

Çinin cənub-şərqində böyük miqdarda "saxta gigiyenik bezlərin" aşkarlanması qadınların sağlamlığı ilə bağlı narahatlıqları artırıb.

Polis bildirib ki, iki nəfər natəmiz üsullarda milyonlarla saxta bez istehsal etməkdə şübhəli bilinir.

Bu saxta məhsulların Çində 2013-cü ildə satışa buraxıldığı güman edilir.

Çin höküməti qiyməti endirilmiş məhsullar almamağa dair xəbərdarlıq edib.

Həmin məhsulların beynəlxalq bazarlara çıxarılması barədə hələlik məlumat yoxdur.

Polis bildirib ki, onlar 5.9 milyon dollarlıq məhsul aşkarlayıb.

Saxta məhsulların rəngi bir qədər tünd olduğundan müştərilərdən məhsulları almadan öncə onları yoxlamaları xahiş edilib.

Məlumatı BBC Monitorinq hazırlayıb. BBC Monitorinq - qəzet, TV, radio və saytlardan xəbər və məqalələrin təhlilini aparır.