Nissan: Britaniyada istehsal "davam etdiriləcək"

Nissan Qashqai Fotonun müəllifi NISSAN
Image caption Britaniyada istehsal olunan Qashqai avtomobilləri Nissan şirkətinin ən yaxşı satılan modellərindən biridir.

Nissan bildirir ki, Britaniyanın Sunderland şəhərindəki avtomobil zavodunda Qashqai və X-Trail SUV modellərinin istehsalı davam etdiriləcək.

Bu qərar 7000 iş yerinin Britaniyada qalmasını təmin edir.

Britaniyanın Avropa İttifaqından çıxması qərarından sonra İngiltərinin şimalındakı müəssisədə istehsalın gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaranmışdı.

Şirkətin prezidenti Carlos Ghosn deyib ki, Sunderlanddakı zavodda iki yeni modelin istehsalının davam etdirilməsi barədə qərar hökumətin "dəstəyi" nəticəsində mümkün olub.

Yaponiya şirkətinin nümayəndəsinə əsasən Nissan X-Trail modelinin istehsalı yeni iş yerlərinin açılmasına zəmin yarada bilər.

Ötən ay Nissan bəyan etmişdi ki, Brexit nəticəsində mümkün itkilərin kompensasiyasına dair hökumət qarantiyaları olmadan Sunderland zavoduna investisiya yatıra bilməyəcək.

Bu barədə daha geniş