Yarıçılpaq selfi çəkən tələbənin maşını polis avtomobilinə çırpılıb

Avtomobil qəzası Fotonun müəllifi BRYAN POLICE DEPARTMENT
Image caption Miranda Rader-in avtomobili polis maşınının arxasına çırpılıb

ABŞ-da universitet tələbəsi sükan arxasında yarıçılpaq selfi çəkərkən sürdüyü avtomobili polis maşınına çırpıb, polis bildirir.

Qəza vaxtı 19 yaşlı Miranda Rader görüntüləri Snapchat tətbiqilə öz sevgilisinə göndərirmiş.

İnsident Houston şəhərindən 160 km aralıqda yerləşən Bryan şəhərində baş verib. Hadisədə xəsarət alan olmayıb.

Polis qadının maşınındakı fincan yerləşdirilən yerdə açıq şərab şüşəsinin tapıldığını bildirir.

Məlumata əsasən polis avtomobilə yaxınlaşarkən xanım Rader-in lifçiyinin bağları açıq olub və o üzərinə paltar geyinməyə cəhd edib.

Qız polisə universitet yataqxanasına qayıtdığını bildirib.

Polis aktında deyilir: "Mən ondan maşın sürərkən niyə çılpaq olduğunu soruşdum və o dedi ki, qırmızı işıq yanarkən sevgilisinə Snapchat-la çəkdiyi fotonu göndərmək istəyib".

Sərxoş halda avomobil idarə etməyə görə saxlanılan qadın 2000 dollar ödəyərək zaminə buraxılıb.

Bu barədə daha geniş