"Bütün üsyançılar Hələbin mühasirəsini yarmağa cəhd edir"

Fotonun müəllifi Reuters
Image caption Hələbdəki üsyançıların hücumunda sabiq ən-Nüsrə Cəbhəsinin də iştirak etdiyi bildirilir

Suriya üsyançıları Hələbin şərq hissəsi ətrafında hökumət qüvvələrinin mühasirəsini yarmaq üçün hücuma başladıqlarını elan ediblər.

Britaniyada mənzillənən Suriya İnsan Haqları Müşahidəsi qrupu bildirir ki, Hələbin qərbindəki rayonlara "yüzlərlə" raketin atılması nəticəsində azı 15 adam həlak olub.

Qrup, həmçinin şərqdəki əl-Nayrab hərbi aeroportunun hədəfləndiyini xəbər verib.

115 nəfərə yaxın insan yaralanıb və ya ölüb, fəallar qrupu əlavə edib.

Sentyabr ayından bəri hökumət qüvvələrinin mühasirəsində olan Hələbin şərqində 275 min sakin yaşayır.

Hələbdəki üsyançıların hücumunda sabiq ən-Nüsrə Cəbhəsinin də iştirak etdiyi bildirilir.

Son vaxtlar şəhərin şərqinə Rusiya və Suriya hava hücumlarının sayı artıb.

Rusiya Hələbin şərqində bütün qiyamçı qrupların "legitim hədəflər" kimi qəbul edilməsinin vaxtının çatdığını deyib.

Hazırda Hələbin kənarında olan üsyançıların hücumları davam edir, amma şəhərin içindəki qiyamçıların da döyüşlərə qoşulmaq istədikləri güman edilir.

"İstisnasız, bütün inqilabi fraksiyalar, döyüşdə iştirak edir", şəhərin içində olan Fastaqim cəbhəsinin sözçüsü deyib, AP xəbər agentliyi yazır.

Bura əvvəllər əl-Qaeda ilə əlaqəli Nüsrə Cəbhəsi kimi tanınmış Cəbhər Fateh al-Şam və Əhrar al-şam da aiddir.

Bu barədə daha geniş