Mosul döyüşü: Şiə qrupları Təlafər üzərinə "hücuma keçib"

Şiə döyüşçüləri Fotonun müəllifi AFP/GETTY IMAGES
Image caption Şiə döyüşçüləri Təlafəri azad etmək istədiklərini deyirlər

İraqda şiə döyüşçülər Mosuldan qərbə doğru yerləşən Təlafər şəhərinə qarşı hücuma keçdiklərini bildirirlər.

Özünü İslam Dövləti adlandıran qruplaşmanın (İD) əlində olan Mosul şəhərinin alınması üzrə əməliyyat oktyabrın 17-də başlayıb.

Haşid Şaabi grupu bildirir ki, hücumun əsas məqsədi Təlafər üzərindən Mosulla Suriyanı bağlayan İD təchizat xətlərini kəsməkdir.

İki il əvvəl İD Təlafəri ələ keçirəndə şəhər əhalisini əsasən şiələr təşkil edirdi.

Fotonun müəllifi AFP
Image caption Mosulun alınması üzrə əməliyyat iki həftədir ki, davam edir

Mosulda əksər sakinlər sünnidir və şiə döyüşçülər şəhərə girməyəcəklərini vəd ediblər.

Şənbə günü İraq qüvvələri Mosuldan cənuba doğru yerləşən Şura şəhərinə qarşı da hücuma keçiblər, İraq hərbçiləri bildirir.

İnformasiya agentlikləri şəhərin güclü artilleriya atəşinə tutulduğunu bildirir.

İraq ordusunun nümayəndəsi şəhərə doğru irəlilyən qüvvələrin ciddi müqavimətlə üzləşməyəcəyini güman edib.

"Bütün bu artilleriya zərbələrindən sonra, bizim ciddi müqavimətlə üzləşəcəyimizi düşünmürəm", İraq ordusunun generalı AP agentliyinə deyib.

Naim əl-Caburi şəhərdə mülkilərin qalmadığını bildirib. Hərçənd ki, İraq polis qüvvələrinin nümayəndəsi Şurada müəyyən sayda dinc əhalinin qaldığını deyir.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Mosul: “Qurtuluşu gözləyən şəhər”

İraqın ikinci böyük şəhəri olan Mosulun alınması üzrə əməliyyat az qala iki həftədir ki, davam edir.

Şəhər 2014-cü ildən bəri İD-nin nəzarətində qalır.

Hazırda Mosuldakı əhalinin sayı barədə dəqiq məlumat yoxdur. Lakin iki il əvvəl şəhərdə iki milyondan artıq adamın yaşadığı məlumdur.

ABŞ ehtiyat edir ki, İraq ordusu Mosula yaxınlaşdıqca cihadçılar insanlardan canlı sipər kimi istifadə edə bilər.

Bu barədə daha geniş