Fəallar: Suriya hərbçiləri Hələbi "yenidən bombalayır"

Hələb Fotonun müəllifi Reuters
Image caption Cümə günü üsyançılar Hələbdə genişmiqyaslı hücuma keçdiklərini bildiriblər.

Hələbə zərbə endirən Suriya təyyarələri cümə günü üsyançıların ələ keçirdiyi mövqeləri hədəfləyib, fəallar bildirir.

Məlumata əsasən üsyançıların nəzarətində olan şəhərin şərq hissəsi artilleriya atəşinə də məruz qalıb.

Bu arada Suriyanın dövlət mediası üsyançıların zərbələri barədə xəbər verir. Atəş nəticəsində şəhərin qərb rayonlarında bir neçə adamın xəsarət aldığı bildirilir.

Cümə günü üsyançılar Hələbin şərq hissəsinin mühasirəsini yarmaq üçün geniş miqyaslı həmləyə keçdiklərini elan ediblər. Onlar hücumda bütün qruplarının iştirak etdiyini deyirlər, AP xəbər verir.

Bundan əvvəl Rusiya Hələb üzərində uçuşların dayandırılmasını nəzərdə tutan rejimin uzadıldığını bildirib.

BMT xəbərdarlıq edib ki, hazırda 275 min insanın yaşadığı Hələb şəhərinin şərqi yaxın iki ay ərzində "tamamilə məhv" ola bilər.

Bu barədə daha geniş