Dövlət Departamenti İstanbuldakı diplomatların ailələrinə Türkiyəni tərk etməyi tapşırıb

İstanbulda ABŞ konsulluğu Fotonun müəllifi Getty Images
Image caption Xəbərdarlıq yalnız İstanbul konsulluğunun əməkdaşlarının ailələrinə aiddir

ABŞ Dövlət Departamenti İstanbul konsulluğunun əməkdaşlarının ailələrinə Türkiyəni tərk etmək barədə göstəriş verib.

Ekstremist qruplar hər zaman İstanbulda yaşayan ABŞ vətəndaşlarını prioritet hesab edir, məlumatda deyilir.

Dövlət Departamenti bildirib ki, xəbərdarlıq yalnız İstanbuldakı diplomatların ailələrinə aiddir. Konsulluğun özü gündəlik rejimdə işləməkdə davam edəcək.

24 oktyabrda ABŞ öz vətəndaşlarına Türkiyənin cənub-şərqinə səfər etməməyi məsləhət görüb.

Dövlət Departamentinin məlumatında qeyd edilir ki, son aylarda Türkiyədə ABŞ-lı işçilərə və turistlərə hücumların sayı artıb.

Mart ayında İstanbulda baş vermiş partlayışda bir neçə əcnəbi - israilli və iranlı turistlər öldürülüb, təxminən 40 nəfər isə yaralanıb.