Clinton-un elektron məktubları: FBI rəhbəri "qanunu pozmuş ola bilər"

Cənab Comey Demokratların sərt ittihamı ilə üzləşib Fotonun müəllifi AP
Image caption Cənab Comey Demokratların sərt ittihamı ilə üzləşib

Demokratların lideri olan ABŞ Senatı deyib ki, FBI rəhbərliyi Hillary Clinton-la əlaqəli ola biləcək elektron məktubları araşdırmaq üçün büro yaratmaqla qanunu pozmuş ola bilər.

Harry Reid, FBI direktoru James Comey-i məmurların seçkiyə təsirini qadağan edən aktı pozmaqda ittiham edib.

FBI-ın bu məlumatla bağlı sorğusu ABŞ prezident seçkilərinə iki həftədən az vaxt qaldığı dönəmə təsadüf edib.

Büro həmçinin Clintonun yardımçısına məxsus olan emailləri araşdırmaq üçün order alıb.

Huma Abedin-dən gələn məktublar onun keçmiş həyat yoldaşı, sabiq konqresmen Anthony Weiner-in laptopunda tapıldığı güman edilir.

650 min elektron məktubun araşdırlması lazımdır ki, müstəntiqlərin onlar barədə seçkidən öncə qərar verəcəyi çətin görünür.

FBI hesab edir ki, elektron məktublar xanım Clinton-nun Obama administrasiyasında işlədiyi dövrdə şəxsi serverdən istifadə etməsinə "uyğun" ola bilər.

Xanım Clinton-a qarşı balladılan iş hər hansı ittiham irəli sürülmədən iyul ayında bağlanıb.

"Partizan hərəkəti"

Məktubda cənab Reid cənab Comey- ittiham edərək yazıb ki, o bir partiyanın üzərindən digərinə kömək etmək üçün ikili standart tətbiq edir.

"Partizan hərəkətlərinizlə siz qanunu pozmuş ola bilərsiniz", o deyib.

O həmçinin cənab Comey-i "Donald Trump və onun baş məsləhətçisinin Rusiya hökuməti ilə sıx əlaqəsi haqda səs-küylü məlumatı" gizli saxlamaqda ittiham edib.

"Xalqın bu məlumatı bilmək haqqı var. Mən sizə bir neçə ay öncə bu məlumatı xalqa söyləməniz üçün məktub yazaraq çağırış etmişəm", cənab Reid deyib.

New York Times-a yazısında o deyib: "Mən heç vaxt düşünməzdim ki, FBI öz araşdırmalarında hansısa siyasi oyuna sürüklənə bilər. Bu həftəyə qədər."

Xanım Clinton-nun elektron məktub mübahisələri yenidən gündəmə gələnə qədər rəy sorğuları onun Donald Trump-ı qabaqladığı görünürdü.

Bazar günü dərc olunan ABC News/Washington Post sorğusu göstərib ki, xanım Clinton rəqibindən indi cəmi bir faiz irəlidədir.

Bu barədə daha geniş