İran parlamentində "türk deputatlardan ibarət fraksiya yaradılıb"

Iran parlamenti Fotonun müəllifi BEHROUZ MEHRI/ Getty

İran parlamentində türkdilli xalqların yaşadığı bölgələrdən seçilmiş deputatlardan ibarət fraksiya yaradılıb, ABŞ-da yaşayan araşdırmaçı-yazar Ramin Cabbarlı bildirir.

"Türk Bölgələr Fraksiyası" adlanan deputat qrupunda həm mühafizəkar, həm də islahatçı deputatlar təmsil olunurlar, cənab Cabbarlı BBC Azərbaycancaya deyib.

"Əslində bu xəbər Məclisdə millət vəkillərinin yalnız ideoloji baxışlarına, mənsub olduqları partiyalara görə fərqlənmədiklərini, həm də etnik kimliyin siyasətdə önəmli faktora çevrildiyini göstərir", o əlavə edib.

Fraksiyada İranın şimal-qərbindəki Azərbaycan əyaləti ilə yanaşı, digər türkdilli bölgələrdən də deputatlar var.

Ramin Cabbarlının sözlərinə gör, yüzə yaxın millət vəkilinin etnik kimlik əsasında fraksiya yaratması "fars siyasətçilərin ciddi reaksiyasına səbəb ola bilər".

Əlaqəli mövzular