Clinton kampaniyası FTB-ni "ikili standartlarda" ittiham edir

Cənab Comey demokratların tənqidinə tuş gəlib Fotonun müəllifi AP
Image caption Cənab Comey demokratların tənqidinə tuş gəlib

Prezidentliyə namizəd Hillary Clinton-un kampaniyası Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru James Comey-i namizədin e-mail istifadəsi ilə bağlı yeni təhqiqatda "açıq-aşkar ikili standartlarda" ittiham edib.

Kampaniya şərhi ABŞ kütləvi informasiya vasitələrinin cənab Comey-in Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi, o cümlədən e-maillərə haker hücumuna görə ictimai ittiham edilməsinə qarşı olması ilə bağlı xəbərlərindən sonra verib.

Məlumata görə, cənab Comey-in narahatlığı informasiyanın məhz seçkilərin yaxınlaşdığı vaxtda yayılması ilə bağlıdır.

Federal Təhqiqatlar Bürosu BBC-ə şərh verməkdən imtina edib.

Cənab Comey-in imzalamaqdan imtina etdiyi bildirilən bəyanat, oktyabrın 7-də Milli Təhlükəsizlik Nazirliyi və Milli Kəşfiyyat Direktoru İdarəsi tərəfindən yayımlanıb.

"ABŞ kəşfiyyat ictimaiyyəti əmindir ki, Rusiya hökuməti ABŞ şəxsləri və təşkilatları, o cümlədən, ABŞ siyasi təşkilatları tərəfindən göndərilmiş məktubların son kompromislərini idarə edib… bu oğurluqlar və ifşa olunmalar ABŞ seçki prosesinə müdaxilə etmək üçün nəzərdə tutulub," bəyanatda bildirib.

Cənab Comey bəyanatla razılaşıb, lakin seçkilərdən əvvəl ictimailəşdirilməsini istəməyib. ABŞ kütləvi informasiya vasitələri məlumat verir.

İddialar var ki, rus hakerlər seçki nəticələrini Donald Trump-ın xeyrinə dəyişmək üçün Demokratları hədəfləyib.

Clintonun seçki kampaniyasının meneceri, Robby Mook təqdimat-məruzəsində Comey-i Hillary Clinton-un tərəfdarlarına tətbiq etdiyi standartları Donald Trump-ın tərəfdarlarına da tətbiq etməyə çağırıb.

Cənab Comey cümə günü seçkilərə 11 gün qalmış FTB-nin xanım Clinton-un şəxsi elektron poçt serveri ilə bağlı araşdırması ilə əlaqəli olduğu ehtimal edilən yeni elektron məktubları araşdırdığını élan etdikdən sonra sərt reaksiy ilə üzləşib.

Clintonun vəkilləri Dövlət Departamentinə 30 min işlə əlaqəli e-mail təqdim edib. Ancaq onun kampaniyası daha 33 min mesajı silib. Onlar bildirir ki, silinən e-maillər şəxsi xaraker daşıyıb.

Cənab Comey iyul ayında xanım Clinton-un məxfi informasiyanın öhdəsindən gəlməkdə "son dərəcə ehtiyatsız" olduğunu deyib. O, heç bir ittiham üçün əsas olmadığını da qeyd edib.

Lakin cümə günü, o, Konqresə bildirib ki, əvvəlki sorğusuna"münasib" ola biləcək təzə məktublar barədə öyrənib və FTB araşdırması yenidən başlayıb.

Ayrıca istintaqda müəyyən edilən son məktublarda Şimali Karolinada sabiq konqresmen Anthony Weinerin 15 yaşlı qıza qanunsuz mesaj göndərdiyi bildirilir.

Bazar ertəsi Cənab Trump bildirib ki, FTB itkin düşmüş məktubların mənbəyini tapacaq. Trump ümid edib ki, Demokrat namizədin 33 min silinmiş e-maili bərpa ediləcək.

Xanım Clinton mitinqdə gizlətməyə heç nəyinin olmadığını bildirib.

Cənab Comey və Baş Prokuror Loretta Lynch qeyd ediblər ki, onlar yeni tapılmış elektron məktublar üzərində cəld işləyirlər.

Bundan əvvəl Prezident Barack Obamanın mətbuat katibi bildirib ki, prezident cənab Comey-in bəyənatı ilə gizlicə seçkilərə təsir göstərmək istədiyindən şübhələnmir. Onun sözlərinə görə, Ağ Ev FTB qərarını nə müdafiə edəcək, nə də tənqid edəcək.

ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

Bu barədə daha geniş