İraq qüvvələri Mosul şəhərinə daxil olub

İraq hərbçiləri
Image caption İraq ordusunun xüsusi qüvvələri sübh tezdən Mosul şəhərinə doğru hərəkət etməyə başlayıblar

İraq ordusunun xüsusi qüvvələri özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın əlində olan Mosul şəhərinə daxil olarkən şiddətli müqavimətlə üzləşib, İraq qüvvələri ilə hərəkət edən BBC müxbiri xəbər verir.

Bu baradə İan Pannell-in tvitində deyilir.

Bundan əvvəl İraqın Baş naziri İD-i təslim olmağa səsləyib.

Üzərində hərbi forma olan Heydər əl-Abadi bu bəyanatla dövlət televiziyasında çıxış edib.

"Onların başqa seçimi yoxdur: onlar ya təslim olmalı, ya da ölməlidirlər".

Mosulun alınması üzrə əməliyyat iki həftədir ki, davam edir.

Genişmiqyaslı koalisiya qüvvələrinin tərkibi olan İraq ordusu şəhər üzərinə cənubdan hərəkət edir. Əməliyyatın başlanmasından əvvəl şəhərdə 3000-5000 arası İD döyüşüçlərinin olduğu güman edilib.

Ehtimallara görə şəhərdə 1,5 milyon dinc sakin qalır.

BMT bildirir ki, şəhəri 17 900 adam artıq tərk edib və ən pis halda şəhərdən qaçanların sayı 700 minə çata bilər.

Bu barədə daha geniş