Çin yeni J-20 qırıcı təyyarəsini nümayiş etdirib

Two J-20 jets at Zhuhai airshow Fotonun müəllifi Reuters
Image caption J-20 gözəgörünməz qırıcı təyyarələri təyyarə istehsalçıları və alıcılarının görüşündə nümayiş etdirilib

Çin ilk dəfə açıq şəkildə çoxdan gözlənilən J-20 qırıcı təyyarəsini nümayiş etdirib.

Zhuhai-də ölkənin ən böyük təyyarə istehsalçıları və alıcılarının görüşündə göstərilən radarlardan yayına bilən təyyarələr 60 saniyə ərzində səmada süzüb.

Bundan əvvəl təyyarələri yalnız bloggerlər görüb.

Bu döyüş təyyarələri Çinin öz hərbi potensialını modernləşdirmək və inkişaf etdirmək istəyinin simvolu kimi qəbul edilir.

Prezident Xi Jinping regionda, xüsusilə də Cənubi Çin, Şərqi Çin dənizlərində ölkənin daha sərt mövqeyini nümayiş etdirmək istəyir.

J-20 Çinin Aviasiya Sənaye Korporasiyasının törəmə şirkəti olan Çendu Təyyarə Sənayeləri Qrupu tərəfindən hazırlanıb.

Mütəxəssislərdən bəziləri bu yeni qırıcı təyyarəni "Çin döyüş potensialında irəliyə doğru böyük addım" adlandırıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş