MH370 qəzadan öncə "sürətli eniş edib"

Avstraliyalı mütəxəssislər Tanzaniya sahilində tapılan təyyarə hissəsini tədqiq edib Fotonun müəllifi ATSB
Image caption Avstraliyalı mütəxəssislər Tanzaniya sahilində tapılan təyyarə hissəsini tədqiq ediblər

MH370 təyyarəsi Hind okeanına "sürətli və nəzarətsiz" eniş edib, yeni məlumatlarda deyilir.

Göyərtəsində 239 sərnişin daşıyan Boeing 777 2014-cü ilin martında Pekindən Kuala Lumpura uçarkən yoxa çıxıb.

İlkin axtarışlara baxmayaraq təyyarənin heç bir qalığı tapılmayıb. Lakin sonradan Avstraliya Nəqliyyat Təhlükəsizlik Bürosu aşkar edilmiş iki qanad hissələrini təhlil edərkən bildirib ki, təyyarə okeana doğru istiqamət alarkən enişə hazır olmayıb.

Peyk məlumatları "yüksək və artan eniş sürətini" qeydə alıb, hesabatda deyilir.

Bu ərəfədə Kanberra şəhərində beynəlxalq aviasiya və kommunikasiya ekspertlərinin komandası təyyarə axtarışlarının növbəti mərhələsi üçün müzakirələrə toplaşıblar.

Fotonun müəllifi AP
Image caption Bu təyyarə qanadı 2015-ci il iyulunda Reunion adasında tapılıb

İndiyədək tapılmış 20 qalığın yeddisinin həmin təyyarəyə aid olduğu güman edilir.

Yeni hesabatda deyilir ki, MH370-in xüsusi nömrəsini daşıyan qanad parçası "güman ki geri çəkilmiş vəziyyətdə" olub. Bu isə o deməkdir ki, qanad eniş vəziyyətində olmayıb.

Çin, Avstraliya və Malayziya okeanda 120 min kvadrat kilometr ərazidə axtarış aparır. Yeni bir tapıntı olmasa, axtarışlar gələn ilin əvvəlində yekunlaşacaq.