ABŞ: ana "uşaqları yatızdırmaq üçün heroin verib"

iynə və heroin Fotonun müəllifi Science Photo Library

ABŞ-ın Washinqton şəhərində bir qadın və onun sevgilisi uşaqları yatızdırmaq üçün heroin verməkdə ittiham olunur.

Polis Ashlee Hutt və Mac Leroy Mclverin yaşları 6, 4 və 2 olan üç uşaqla birgə siçan nəcisləri və narkotik üçün istifadə edilən iynələr və heroin tapılan evdə yaşadıqları bildirilir.

Bazar ertəsi məhkəmədə Hutt-a qarşı uşaqların həyatını təhlükə altına qoymaq ittihamı irəli sürülüb, Mcclver-ə qarşı da oxşar ittihamlar təqdim olunub.

Məlumatlarda deyilir ki, ötən noyabr ayında uşaqlar cütlüyün əlindən alınıb. Cütlük onlara qarşı ittihamları rədd edib.

"Uşaqlar iyrənc şəraitdə yaşayırdı. Heroin olmasa da, yaşama şəraitləri də yaxşı deyildi", polisin sözçüsü Ed Troyer Washington Post qəzetinə bildirib.

Məhkəmə sənədlərinə görə, 6 yaşlı uşaq cütlüyün ona "özünü yaxşı hiss etməsi üçün dərman" verdiyini deyib.

O dərmanı "su ilə qarışdırılan və inyeksiya edilən maddə" kimi təsvir edib. Uşaq həmçinin bildirib ki, maddə inyeksiya edildikdən sonra uşaqlar yuxuya gedib.

Uşaqların ikisinin qanında narkotik və inyeksiya edilən heroinin tapıldığı təsbit edilib. Hutt və Mclver heroin istifadəçisi olduqlarını qəbul edib.