Cənubi Koreya lideri dini icma üzvü olduğunu inkar edib

Prezident Park Geun-hye Fotonun müəllifi AFP
Image caption Prezident Park Geun-hye televiziya ilə müracətində dostunun dövlət işlərinə qarışmasına icazə verdiyi üçün üzr istəyib

Cənubi Koreyanın prezidenti Park Geun-hye-nin rəhbərliyi ətrafında yaranmış qalmaqal böyüdükcə o, dini icma üzvü olduğunu inkar edib.

Televiziya ilə müracətində o, dostunun dövlət işlərinə qarışmasına icazə verdiyi üçün üzr istəyib.

Ölkə başçısı qalmaqala görə dindirilməyə hazır olduğunu bildirsə də, istefasını təklif etməyib.

"İttihamlar var idi ki, mən dini icmadanam və ya Göy Evdə [şaman ritualları] rituallar etmişəm, amma demək istəyirəm ki, bunlar tamamilə doğru deyil", o əlavə edib.

Choi Soon-sil prezidentlə dostluğundan rəhbərlik etdiyi qeyri-kommersiya fonduna ianələr toplamaq üçün istifadə edib.

Xanım Choi hazırda həbsdədir və hakimiyyətdən sui istifadədə və fırıldaqçılıqda ittiham edilir.

Əsas müxalifət partiyası bildirib ki, prezidentin üzrxahlığı səmimi deyil və onu istefa verməyə çağırıb.

Cümə günü paytaxt Seulun mərkəzində xanım Park-ın istefasını tələb edən etirazçılarla polis arasında qarşıdurma yaşanıb.

Əlaqəli mövzular