İordaniya: ABŞ-lı hərbi təlimçi öldürülüb

ABŞ hərbiyyəsi Fotonun müəllifi John Moore

İordaniyada hava hərbi bazasında atışma nəticəsində bir ABŞ təlimçisi ölüb, ABŞ bildirib.

İordaniya hərbiyyəsi daha əvvəl yaydığı bəyanatında, təhlükəsizlik qüvvələri tərəfindən atəşə tutulan iki amerikalı təlimçinin öldüyünü demişdi.

Hərçənd ABŞ müdafiə rəsmiləri yalnız bir nəfərin öldüyünü təsdiqləyib.

ABŞ rəsmiləri bildirib ki, bundan başqa azı iki nəfər güllə yarası alıb və xəstəxanaya götürülüb.

Atışmanın səbəbini öyrənmək üçün təhqiqat başlanılıb, İordaniya deyir.

İordaniya ABŞ-ın yaxın hərbi müttəfiqi və ABŞ-ın liderliyi ilə Suriya və İraqda özünü İslam Dövləti adlandıran qrupa qarşı koalisiyanın üzvüdür.