Sizin ABŞ seçkisi cədvəliniz

Seçicilər Fotonun müəllifi Getty Images
Image caption Şərq ştatlarında səsvermə erkən saatlarda başlanır

Bu sizin ABŞ seçkisinin əsas məqamları üçün bələdçinizdir - yəni "səsvermə nə vaxt açılır və nə vaxt bağlanır, əsas mübarizə meydanı olan ştatlarda nəticələr nə vaxt elan ediləcək və nəhayət qalibin kim olduğunu nə vaxt biləcəyik" kimi suallara burada cavab tapa bilərsiniz.

Birləşmiş Ştatlarda növbəti prezidentin seçkisi noyabrın 8-də, çərşənbə axşamı olacaq.

Bu, Birləşmiş Ştatların 45-ci prezidentini müəyyən edəcək seçkinin əsas məqam və tədbirlərinin vaxt cədvəlidir. (Bütün vaxtlar GMT vaxtı ilədir. Yəni Şərqi Amerika Vaxtı + 5 saat )

Səsvermə nə vaxt başlanır?

Şərq ştatlarında seçki məntəqələri bir qayda olaraq ya saat 11.00 GMT, ya da 12.00 GMT-də açılır.

Bundan sonra üzü qərbə doğru gün ərzində ştat-ştat səsvermə başlanır. AlaskaHawaii səsverməyə saat 1700-də başlayır.

Səsvermə başa çatdıqdan sonra gün ərzində aparılmış exit-poll-lar əsasında ştatlar üzrə proqnozlar və ya ilkin nəticələr ABŞ televiziyası və xəbər şəbəkələri tərəfindən yayınlanır.

Əsas nəticələr nə vaxt bəlli olur?

00.00 Əsas rəqabət meydanı olan Florida ştatında səsvermə başqa ştatlardan əvvəl başa çatır.

Florida ona görə bu qədər mühümdür ki, burada 29 seçki kollegiyasının səsi var. Bu qədər səs seçkidə qalib gəlmək üçün lazım olan toplam səsin 10 faizindən çoxdur.

Bu, səsverməsi dəyişkən olan ştatdır və buna görə də burada nəticələri proqnozlaşdırmaq çətindir.

00.30Ohio ştatında səsvermə başa çatır. Əsas rəqabət meydanlarından biri olan bu ştat 1964-cü ildən bəri dalbadal 13 seçkidə ABŞ prezidenti seçkisinin qalibinə səs verib. Odur ki, bu "barometr" ştatda səsvermənin nəticəsi bizə Barack Obama-nın xələfinin kim olacağı barədə müjdə verə bilər.

Fotonun müəllifi Getty Images
Image caption Əsas rəqabət meydanlarından biri olan Ohio ştatı prezident seçkisinin qalibini müəyyən etmək tarixçəsinə malikdir

Eyni vaxtda North Carolina (Şimali Karolina) ştatı üzrə proqnozlar elan edilə bilər. Bu son vaxtlar siyasi partiyaların rəqabətində əldən-ələ keçən ştatlardan biridir. Bu ştat 2004-cü ildə George W Bush-a, 2008-də Barack Obama-ya, lakin 2012-də Mitt Romney-ə səs verib.

01.00 Şəbəkələr Pennsylvania-nın nəticələrini elan edə bilər. Bu ştat 1988-ci ildən bəri dalbadal altı seçkidə respublikaçı namizədi qalib etməyib. Amma bu dəfə hətta bu ştat da Demokrat Partiyası üçün həyəcan mənbəyidir.

02.00New Mexico ştatında seçki məntəqələri bağlanır. Bu da "barometr" ştatlardan biridir. New Mexico indiyədək səhvsiz olaraq 26 seçkidən 24-də ABŞ seçkisinin qalibini seçib.

03.00Nevada ştatı üzrə proqnoz verilə bilər. Bu ştat 1980-ci ildən bəri qalibə səs verib. Rəy sorğuları göstərir ki, nəticə iynənin gözü boyda fərqli ola bilər.

Növbəti prezidentin kim olduğu nə vaxt bilinəcək?

Hardasa saat 04.0005.00 arasında 2016-cı il ABŞ prezident seçkisinin qalibi bəlli olacaq.

Ənənəyə görə bundan sonra məğlub zəng edərək qalibə məğlubiyyəti qəbul etdiyini bildirir.

Bu barədə daha geniş