İraqda partlayış: 21 nəfər ölüb

взрыв в Багдаде 31 октября Fotonun müəllifi Getty Images
Image caption İraqın Tikrit və Samirə şəhərlərində iki bombalı intiharçı partlayışlar törədib

İraqın Tikrit və Samirə şəhərlərində iki bombalı intiharçı partlayışlar törədib, azı 21 nəfər ölüb, BBC Dünya Xidməti yerli mənbələrə əsasən yazır.

Mosuldan 200 mert cənubda yerləşən Tikritdə bombalı intiharçı təcili yardım maşınını şəhərin cənab girişindəki sırada partladıb. Polisin məlumatına görə burada azı 13 nəfər ölüb.

Samirədə isə hədəf şiə tərəfdarlarının əl-Əskəri məscidinin avtomobil parkı olub. Ölənlər arasında iranlılar da var.

Hadisələrə görə məsuliyyəti heç bir qrup üzərinə götürməyib.

Lakin partlayışların özünü İslam Dövləti (İD) adlandıran qrup tərəfindən törədildiyi ehtimal edilir. Güman edilir ki, İD hökümətin diqqətini hazırda döyüşlər gedən Mosuldan yayındırmaq istəyir, BBC Dünya Xidmətinin Orta Şərq redaktoru Alan Johnston deyir.

Hazırda isə hökümət qüvvələri Mosulun şərqindən və cənubundan qiyamçılara hücuma keçib.

Peyk fotolarında İD-in şəhərin əsas yol şəbəkələrinə sement barikadalar qurduğu görünür.

Fotonun müəllifi STRATFOR.COM/AIRBUS
Image caption Peyk fotolarında İD-in şəhərin əsas yol şəbəkələrinə sement barikadalar qurduğu görünür

İraqın baş naziri Heydər əl-Abadi Mosulun şərqindəki cəbhəni ziyarət etdikdən sonra bildirib ki, hökümət qüvvələri "geri çəkilməyəcək və sınmayacaq".

"İD-ə mesajım budur, əgər onlar yaşamaq istəyirlərsə silahlarını indi yerə qoymalıdırlar", o əlavə edib.

Mosulun əsas əraziləri 2014-cü ildən bəri İD-in nəzarəti altındadır.

Bu barədə daha geniş