Təhlükəsizlik xidməti Trump-ı səhnədən düşürüb

Donald Trump with his wife Melania in Wilmington, North Carolina - 5 November 2016 Fotonun müəllifi AFP

Republikaçıların namizədi Donald Trump Nevada ştatında yanlış xəbərdarlıqdan sonra səhnədən düşürülüb.

Təhlükəsizlik xidməti həmçinin əlində "Respublikaçılar Trump-a qarşı" yazılmış şüar tutmuş kişini saxlayıb; güman edilirmiş ki, kişidə silah var.

Dəqiqələr sonra cənab Trump səhnəyə qayıdıb.

Republikaçıların namizədi söyləyib ki, o demokratların "ştatları"nı da hədəfə alacaq. Yəni o, 1972-ci ildən bəri respublikaçılara səs verməyən Pensilvaniya, Miçiqan və Minnesota ştatlarını ziyarət edəcək.

Şənbə günü axşam cənab Trump Reno şəhərində auditoriyada nəsə gördükdən sonra nitqini dayandırıb.

Bundan sonra iki təhlükəsizlik agenti sürətlə onu səhnədən düşürüb. Eyni zamanda etirazçı kişi axtarılıb.

Cənab Trump səhnəyə yenidən qayıdanda deyib: "Heç kim deməyib ki, bizim üçün asan olacaq... Məxfi Xidmətə təşəkkür edirəm".

Məxfi Xidmət bildirib ki, kimsə səhnənin qarşısında "silah" deyə qışqırıb, amma "axtarışlar zamanı silah tapılmayıb".

Etirazçı Austyn Crites deyib ki, şüarı çıxardıqdan sonra ona hücum edilib.

"Mən təkrar edirdim - Silahım yoxdur, təkcə şüarım var", o hadisədən sonra söyləyib.

Hadisə ABŞ-da prezident seçkilərinin səsvermə gününə iki gün qalmış baş verib.