Britaniya mətbuatı: NATO Rusiya təhlükəsinə qarşı 300 min əsgəri qüvvəni " yüksək həyəcan vəziyyətinə" gətirir

British press

NATO Rusiya təhlükəsinə qarşı 300 min əsgəri qüvvəni həyəcan vəziyyətinə gətirir

"The İndependent" yazır ki, NATO Rusiya və Baltikyanı ölkələr arasında gərginliyin güclənməsi ilə əlaqədar 300 min əsgəri qüvvəni həyəcan vəziyyətinə gətirib.

Təşkilatın baş katibi Jens Stoltenberg deyib ki, alyans özünün minlərlə əsgərinin döyüş vəziyyətinə reaksiyasını artırmağa çalışır.

Oktyabr ayında xəbər verilmişdi ki, NATO Baltik ölkələrinin Rusiya ilə sərhədlərində 4 minədək əsgər yerləşdirməyə hazırlaşır. Bu, Soyuq müharibədən bəri alyansın Rusiya yaxınlığında ən böyük qoşun cəmələşdirməsi olmalı idi.

"Biz Rusiyanın müxtəlif şəkillərdə daha da fəallaşmasının şahidi olmuşuq, - Stoltenberg The Times qəzetinə deyib, - Rusiya 2000-ci ildən bəri özünün hərbi xərclərini üç dəfə artırıb. O daim hərbi qabiliyyətini artırır, silahlı qüvvələrini təlim etdirir və qonşu ölkələrə qarşı hərbi güc tətbiq edir".

Stoltenberg bunu da bildirib ki, Rusiya NATO-nun Avropadakı üzvləri arasında təbliğatını gücləndirib.

O bildirib ki, NATO-nun belə vəziyyətə reaksiya göstərməsi tamamilə təbiidir.

"Ona görə də biz bu vəziyyətə Soyuq müharibədən bəri kollektiv müdafiəmizin ən böyük gücləndirilməsi ilə cavab veririlk" - deyib NATO-nun baş katibi.

Cənab Stoltenberg qoşunların dəqiq sayı barədə təfəfərrüatlara varmayb, lakin Britaniyanın NATO-dakı nümayəndəsi lord Adam Thomson deyib ki, burada söhbət təxminən 300 minlik qoşundan gedə bilər.

Lord Adams deyib ki, məqsəd qoşunların səfərbərliyə alınma müddətini ənənəvi 6 aydan iki ayadək qısaltmaqdır.

"The İndependent" yazır ki, qoşunların tərkib nisbəti məsələsi NATO müdafiə nazirlərinin şurasında müzakirə olunub.

Lord Adams-ın sözlərinə görə alyans Rusiyanın artmaqda olan casus və haker fəaliyyətinə, hibrid müharibəsi taktikasına cavab verməyə məcburdur.

Fotonun müəllifi Getty Images
Image caption Oktyabr ayında xəbər verilmişdi ki, NATO Baltik ölkələrinin Rusiya ilə sərhədlərində 4 minədək əsgər yerləşdirməyə hazırlaşır.

"The İndependent" yazır ki, əslində NATO-nun cavab reaksiyaları 2014-cü ildə Rusiya Krımı ilhaq edəndən bəri başlanıb.

Hazırda alyans Rusiyanın mümkün təcavüzündən çəkinən Litva, Latviya və Estoniyaya dəstək olmağa çalışır.

Amerika analitik mərkəzlərindən birinin qənaətinə görə hazırda Rusiya Baltikyanı bölgədə NATO qüvvələrinə bir neçə saatın ərzində üstün gələ bilər.

Son zamanlar aparılmış rəy sorğusu göstərib ki, rusların yarısı Moskvanın Suriyada apardığı əməliyyatların tammiqyaslı 3-cü dünya müharibəsinə çevrilə biləcəyindən narahatdır.

Ötən həftə bəlli olub ki, NATO-nun Çernoqoriyada təlimlərlərə başladığı vaxtda Rusiya da özünün 250 hava desantçısı ilə qonşu Serbiyada təlim keçəcək.

Niyə məhz ət və süd vergisi?

Qlobal miqyasda ilk dəfə olaraq aparılan təhlillər göstərib ki, ətə və südə əlavə vergi qoyulması nəinki karbon qazı emissiyalarını ciddi şəkildə azalda bilər, bu hətta daha sağlam pəhrizə görə milyonlarla insanın həyatını xəstəliklərdən qoruya bilər.

Oxford Universitetindən olan tədiqiqatçılar qrupu bildirir ki, ətə 40, südə isə 20 faiz əlavə vergi qoyulması bu məhsulların hasilə gətirilməsi zamanı ətraf mühitə dəyən ziyanı tamamilə ödəyə bilərdi.

"The Giurdian yazır ki, belə vergilər adamları bu ərzaq məhsullarından çəkindirər və beləliklə də emissiya və xəstəliklər azalardı.

Məqalədə deyilir ki, yeyinti məhsuilları sənayesi qlobal istiləşməni şərtləndirən istixana qazlarının dörddə bir hissəsini emissiya edir.

Oxford Universiteti Gələcək Ərzaqa dair Martin Proqramının rəhbəri Marco Springmann deyib ki, "biz istehlak etdiyimiz ərzaq barədə ölçü götürməsək qlobal istiləşmənin qarşısını almaq mümkün olmayacaq".

"Amma əgər mal ətinə 40 faiz vergi qoyulsa, sən onu yalnız həftədə bir dəfə yemək qənaətinə gələ bilərsən" - deyib professor.

Nature Climate Change elmi jurnalında dərc olunmuş təhqiqat nəticələri hesabatında təklif edilir ki, hər bir ərzaq malına onun istehsalı zamanı ətraf mühitə dəymiş ziyanın pul ölçüsü ilə əlavə vergi qoyulsun.

Alimlər yazırlar ki, meşələrin qırılması və metan qazı emissiyalarının artması bilavasitə maldarlıqla bağlıdır. Buna görə də mal ətinə 40 faiz vergi qoyulması təklif edilir.

Hesabatda vergi yüksəlişi ilə bağlı yoxsul ailələrə kompensasiya verilməsi də təklif olunur.

Alimlər inanırlar ki, əlavə vergi istixana qazı emissiyalarını ildə 1 milyon ton azalda bilər. Springmann bildirir ki, indiyədək qlobal istiləşməyə qarşı mübarizədə adamların ərzaq məhsullarının istehsalı barədə biliklərinin artırılması kimi maarifləndirmə metodundan istifadə edilməməsi təəssüf doğurur.

Springmann bildirib ki, ərzaqa qoyulan əlavə vergidən götürülən gəlirin bir hissəsi insanların sağlam pəhriznin təşkilinə xərclənə bilər.

Fotonun müəllifi MARTIN BUREAU/AFP/Getty Images
Image caption Alimlər yazırlar ki, meşələrin qırılması və metan qazı emissiyalarının artması bilavasitə maldarlıqla bağlıdır. Buna görə də mal ətinə 40 faiz vergi qoyulması təklif edilir.

Alim deyib ki, Danimarkada ərzaq mallarının tərkibindəki doymuş piylərə qoyulmuş əlavə vergi bir ildən sonra ləğv edilib. Lakin Meksikada şəkərə qoyulan əlavə vergi çox uğurlu olub. Bu vergidən büdcəyə gələn əlavə pullardan məktəblərə pulsuz içməli su verilib.

Maraqlıdır ki, istehsalı ətraf mühitə ən böyük ziyan vuran ərzaqlar bir qayda olaraq həm də ziyanlı qidalardır.

Alimlər israr edirlər ki, mal ətinə və südə qoyulmuş əlavə vergi insanları daha sağlam qidalanmaya sövq edə bilər.

Beləliklə insanlarda qidalanma ilə əlaqədar xəstəliklərin sayı azalar.

Bununla da ətraf mühit vergiləri insanları daha sağlam edə bilər.

Araşdırmadan bəlli olub ki, iqlim vergisinin qoyulması Avropa, ABŞ və Avstraliyada il ərazində baş verən 500 min erkən ölümün qarşısını ala bilər.

Lakin Londondakı Chatham House analitik mərkəzindən araşdırma direktoru Rob Baily deyir ki, ərzaq vergisini tətbiq etmək heç də asan olmayacaq, çünki bu, siyasi məsələdir. Əksər hökumətlər əhalinin qidalanma vərdişlərinə qarışmaq istəmirlər.

Bailey deyib ki, adamların əksəriyyəti hələ də pəhrizlə iqlim dəyişikliyi arasındakı birbaşa əlaqəni görməkdə çətinlik çəkir.

Araşdırma nəticələrinə görə ətraf mühitə vurduğu ziyanın aradan qaldırılması üçün qoyun ətinə 15, toyuq ətinə 8, 5, donuz ətinə 7 və yumurtaya 5 faiz əlavə vergi qoyulmalıdır.

"The Guardian" yazır ki, əslində orta hesabla dünya ölkələrində elə ərzaq məhsullarına qoyulmuş vergi bu civardadır, lakin Latın Amerikası kimi regionlarda mal əti daha çox yeyilir.

Springmann bildirib ki, ərzaq istehsalının ətraf mühitə təsirinin qarşısının alınması üçün yol tapılmalıdır.

"Ya bizim iqlim dəyişikliyimiz, ürək xəstəliklərimiz, diabet və piylənməmiz olacaq, ya da biz gərək qidalanma sisteminə əncam çəkək" - deyib alim.

Əlaqəli mövzular

Bu barədə daha geniş