Şahzadə Harry mətbuatı sevgilisini təhqir etməkdə günahlandırıb

Prince Harry, Meghan Markle Fotonun müəllifi PA

Şahzadə Harry amerikalı aktrisa Meghan Markle-ın onun sevgilisi olduğunu təsdiq edib. O həm də medianı aktrisanı "təhqir etməkdə" günahlandırıb.

Şahzadə nadir hallarda "uydurma hekayələrlə" bağlı rəsmi tədbir gördüyünü, anacq ötən həftə "həddin aşıldığını" bildirib.

Son günlər qəzetlər 35 yaşlı aktrisa, "Suits" televiziya dramındakı Rachel Zane rolu ilə tanınan Meghan Markle barədə xəbərləri ön səhifələrinə çıxarıblar.

Şahzadənin kommunikasiya katibinin yaydığı açıqlamada deyilir ki, məsələ ilə bağlı şərhlərdə irqçilik və seksizm çalarları sezilib.

"Onun anası öz giriş qapısına yaxınlaşa bilmək üçün fotoqraflarla mübarizə aparmalı olub. Reportyorlar və fotoqraflar qanunsuz olaraq onun evinə girməyə cəhd ediblər. Polisə zəng vurulub. Qəzetlər xanımın keçmiş sevgilisinə iri həcmdə rüşvət təklif ediblər. Onun az qala bütün dostlarını, iş yoldaşlarını, yaxınlarını narahat ediblər," - açıqlamada deyilir.

Fotonun müəllifi PA
Image caption Meghan Markle 2011-ci ildə çəkilmiş Mənfur Rəhbərlər filmində də rol alıb

Medianın onun anası, Uels şahzadəsi Diananın da həyatına müdaxilə etdiyini bilən 32 yaşlı şahzadənin mətbuatla münasibətləri əvvəldən yaxşı olmayıb.