Mosul döyüşü: Ekspertlər İD-nin kütləvi məzarlığını araşdırır

Bir əsqər, İraqın Mosul şəhərinin cənubunda yerləşən Hamam əl-Alil şəhərində aşkarlanmış kütləvi məzarlıqdan tapdığı uşaq oyuncağını əlində tutub (7 Noyabr 2016) Fotonun müəllifi AP
Image caption Bir əsgərin məzarlıqda tapdığı uşaq oyuncağını əlində tutması video kardrlarında göstərilir

Hamam əl-Alil şəhərinin kənd təssərufatı kollecinin həyətində yerləşən kütləvi məzarlıqda təxminən 100 başsız cəsəd aşkar edilib.

Cəsədlərin əksəriyyətinin yalnız skeletləri qaldığına görə, onların kimliyi aydın deyil.

Özünü İslam Dövləti (İD) adlandıran qrupun yaraqlıları bir neçə kütləvi qırğın həyata keçirib və son zamanlar bu ərazidə yeni cinayətlər həyata keçirməklə günahlandırılırlar. Hökümət yönümlü qüvvələrin oktyabrın 17-dən başladığı hücum nəticəsində, onlar İD-nin İraqdakı son dayağı olan Mosul şəhərinə, geri çəkilməyə məcbur qalıblar.

Əraziyə göndərilən buldozer, torpaq təpənin ətrafını qazaraq sümüklər və çürümüş cəsədlərlə birgə paltar parçaları və plastik torbalar aşkar edib.

Qurbanların dinc əhali və ya təhlükəsizlik qüvvələri personalı olub-olmaması hələ bilinmir. Amma Associated Press-in çəkdiyi video kadrlarda bir əsgərin məzarlıqda aşkar etdiyi uşaq oyuncağını əlində tutduğu göstərilir.

Nineviya rayon şurasının üzvü Abdul Rəhman əl-Vaqqa-nın dediklərinə görə, əsqər, polis və milisin şəhəri ələ keçirməsindən qabaq, kənd təsərrüfatı kolleci İŞİD tərəfindən yüzlərlə insanı qətlə yetirmək üçün "qətl meydanı" kimi istifadə edilib.

Fotonun müəllifi AFP
Image caption İraq qüvvələri Hamam əl-Alil şəhərini bazar ertəsi tamamilə ələ keçirib.
Fotonun müəllifi AFP
Image caption Hamam əl-Alil-dən didərgin düşmüş sakinləri evlərinə qayıdırlar.

2014-cü ildə Mosul şəhərini ələ keçirdikdən sonra, İD şimali İraqda təhlükəsizlik qüvvələri üzvlərini, etnik və dini azlıqları kütləvi şəkildə qətlə yetirib, sonra isə hərkətlərinin video və şəkillərini internetdə paylaşıblar.

Mosul şəhərini ələ keçirməyə yönəlmiş hərbi əməliyyatın üç həftə qabaq başladığından sonra, İD yaraqlılarının Mosul ətrafında vəhşiliklər törətdiyi məlumatı BMT-yə daxil olub.

Bu barədə daha geniş