2016-cı il ABŞ seçkiləri: Nəticələr nə vaxt bilinəcək?

Trump Tower-in önündəki saat Fotonun müəllifi AP
Image caption Trump-ın vaxtı bitib mi?

Amerikalılar ABŞ-ın 45-ci prezidentini seçməyə seçki məntəqələrinə gedirlər. Seçki günü baş verənləri izləmək üçün bunları gözləmək lazımdır:

Noyabrın 8-i çərşənbə axşamı 50 ştat və paytaxt Washington DC altı saat qurşağı üzrə səs verir.

Amma populyar səsi toplamaq kifayət deyil. ABŞ-nin mürəkkəb seçki sistemində ən əsas hədəf seçicilər şurasının 538 səsindən 270-ni qazanmaqdır.

Ştat proqnozlarını öyrənmək üçün ABŞ-ın əksəriyyəti seçki məntəqələrinin bağlanmasını gözləməlidir. Bu adətən EST saat qurşağı ilə axşam saat 19:00 və 20:00 arasında baş verir.

Amma New Hampshire-da yerləşən Dixville Notch kəndi artıq səs verib. Bu kəndə qecənin ortası səs vermə ənənəsi var və seçki nəticəsini başqa yerlərdə seçki məntəqələrinin açılmasından qabaq, gecə yarısından bir az sonra bəyan edib.

Seçki məntəqələrinin bağlandıqları vaxtları nəzərə alaraq biz növbəti hadisələrin baş verməsini gözləyirik.

Seçki bulletenlərinin tamamilə sayılması bir neçə gün çəkə bilər. Buna görə, öz məlumatı üçün BBC ABŞ partnoyru ABC-nin proqnozlarından istifadə edir.

Son nəticəni nə vaxt öyrənmək olar? Çox güman ki, bu, saat 23:00 EST (Azərbaycanda yerli vaxtla növbəti günün (9 noyabr) səhəri saat 08:00) bilinəcək. Qərb Sahili səsvermə məntəqələri bu vaxt bağlanır və tarixi baxımdan qalıb elan olunur. 2008-ci ildə qalibin elanı düz saat 23:00 və 2012-ci ildə bundan yalnız 15 dəqiqə sonra elan edilmişdi.


19:00 EST

Fotonun müəllifi AP

Şərq Sahili seçki məntəqələri bağlanır və bulletenlərin sayılmasına başlanılır.

Hər kəs 2008 və 2012-ci ildə Barack Obamaya səs vermiş amma bundan qabaq Respublikaçıların dayağı kimi tanınmış və əsas mübarizə meydanı olan Virginiaştatını izələyəcək (13 seçici şura səsi).

Georgiaştatını da(16) yaxından izləmək gərəkdir. Respublikaçılar ştatda 1996-cı ildən qalıb qəlsələr də, son seçkilərdə onların səs fərqi azalıb.

Eyni zamanda Indiana (11), Kentucky (8), South Carolina (9)Vermont (3) ştatları da nəticələrini elan edəcək.


19:30 EST

Səsvermə məntəqələri iki vacib ştatda - North Carolina (15)Ohio-da (18) - bağlanacaq.

Ohio-nun nəticələri həvəslə gözlənilir. Bu ştat ikinci dünya müharibəsindən sonra keçirilən seçkilərin birindən başqa hər dəfə qalib olan namizədi seçib.

Qərbi Virginiaştatının(5) nəticələri də bu vaxt elan ediləcək.


20:00 EST

Fotonun müəllifi AP

Maine (4), Maryland (10), Massachusetts (11), New Jersey (14), Rhode Island (4), Delaware (3), Connecticut (7)District of Columbia (3), Şərq Sahili ştatlarının nəticələri proqnozlaşdırılacaq.

Əsas döyüş meydanı olan Florida ştatının(29) nəticələri elan ediləcək.

Son altı seçkidə Demokratlara səs verən Pennsylvaniaştatının(20) nəticələri bilinəcək. Əgər Clinton burda qalib gəlməsə, onun üçün böyük zərbə olacaq.

Sorğulara görəNew Hampshire-da (4) hər iki namizədə dəstək barəbərdir və bu ştatın nəticələri maraqla izlənəcək.

Eyni zamanda bir neçə Respublikaçı dayaqları kimi tanınan ştatların - Mississippi (6), Missouri (10), Alabama (9), Tennessee (11)Oklahoma (7) - nəticələri elan ediləcək. Obamanın ştatı Illinois-in(20), Clintonu dəstəkləməsi gözlənilir.

Artıq bu vaxt, hətta bir çox ştatın nəticələrinin elan edilməsindən qabaq, kimin üstünlüyə malik olduğu bilinəcək.


20:30 EST

Arkansas-da (6), seçki məntəqələri bağlanacaq. Bill Clintona 90-cı illərdə ardıcıl seçkilərdə səs vermiş ştat, 2000-ci ildən sonra yalnız Respublikaçılara səs verib.


21:00 EST

Fotonun müəllifi Getty Images

New York (29), ştatının erkən proqnozunda Hillary Clintonun gələbəsi gözlənilir.

Bölünmüş Colorado (9) ştatının həm böyüyən Latın Amerikalı əhalisi həm də bir çox Respublikaçı tərəfdarı var. Tarixən Colorado səsini bir neçə dəfə dəyişən döyüş meydanı olan ştatlardan biridir. 2004-cü ildə George Bush-a səs verən ştat, dörd il sonra Barack Obamaya səs verib.

Sənaye şəhəri olan Michigan (16) ştatı 1988-ci ildən indiyədək Respublikaçı namizədi seçməsə də, ştatın çox saylı universitet təhsili olmayan ağ dərili əhalisi globalizasiyaya qarşı əks reaksiya göstərərək öz dəstəyini Trump-a vermək qərarına qəlib.

Seçki məntəqələri Texas (38), Kansas (6), Louisiana (8), North Dakota (3), South Dakota (3), Minnesota (10), Wyoming (3)New Mexico (5) Nebraska (5) ştatlarında bağlanacaq.

Wisconsin (10) 1984-cü ildən Respublikaçılara səs verməyib, amma son günlər Trump diqqətini ştata çevirərək, Wisconsin-də qazanmaq şansını artırmağa cəhd edib.


22:00 EST

Tarixən Respublikaçı Nevada (6) ştatında Latın Amerikalı əhalinin fəal iştirakı Clintonun qələbə şansını artırıb. Buna bənzər hadisə 1996-cı ildə, adətən Respublikaçı Arizona (11), ştatında Bill Clintonun qələbəsi nəticəsində baş verib.

Keçmişdə Respublikaçı namizədlərə səs verənUtah (6) ştatında sorğular göstərir ki, keçmiş MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) agenti və azad namizəd Evan McMullin qalib gələ bilər.

Eyni zamandaIowa (6) Montana (3) ştatlarının nəticələri bilinəcək.


23:00 EST

Səsvermə məntəqələri seçkidə Demokratların dayağı California (55) ştatında bağlanacaq.

Eyni zamanda Oregon (7), Washington (12), Idaho (4) Hawaii-də (4) nəticələr elan ediləcək.

Seçici Şuranın tərkibindən asılı olaraq, hər kəs yeni prezidentin kim olduğunu elan etməyə başlayacaq.

Adətən məğlub edilmiş namizəd bundan qısa bir müddət sonra çıxış edərək nəticəni qəbul edir. 2008 və 2012-ci ildə bu saat 00:00 EST (Bakı vaxtı ilə saat 09:00-da) baş verib. Amma 2004-cü ildə John Kerry məğlubiyyətini növbəti günə gədər etiraf etməmişdi.


01:00 EST

Alaska (3)ştatı nəticələrini elan edəcək, amma adətən bu vaxtacan artıq nəticə bilinir.


Başqa nəyi izləmək lazımdır

Prezident seçkisi ilə eyni zaman, Amerikalılar Senatın 100 yerindən 34-ü üzrə və Nümayəndələr Palatasının 435 yeri üzrə seçki keçirir. Nümayəndələr Palatasını Respublikaçılardan geri qazanmaq üçün Demokratlara yalnız 30 yer, Senatda isə 4 yer lazımdır.

Eyni zamanda 12 qubernatorluq üzrə seçkilər də keçiriləcək.


20 yanvar 2017

Seçilmiş prezident əslində 20 yanvar 2017-ci ildə keçiriləcək andiçmə mərasiminədək ABŞ-ın 45-ci prezidenti olmayacaq. Seçilmiş prezident günorta vaxtı əlini müqəddəs İncilin üzərinə qoyaraq prezident səlahiyyəti andını içəcəkdir. Bu andan sonra hökümət onun əlindədir.

Adətən hazırkı başçı və onun yoldaşı yeni Birinci cütlüyə çay içməyə dəvət edir. Təxminən altı saat sonra, yeni Birinci Ailə Ağ Evə köçür.